Icma.az
close
up
RU
Ukrayna Rusiyaya ağır zərbə vurdu

Ukrayna Rusiyaya ağır zərbə vurdu

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Rusiyanın Müdafiə Nazirliyi isə ötən gecə 389 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini bildirib.

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, məlumata görə, dronlar əsasən Leninqrad və Moskva vilayətləri üzərində vurulub.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, Baltik dənizi sahilində, Sankt-Peterburqdan təxminən 90 kilometr məsafədə yerləşən Vısotsk limanına PUA hücumu nəticəsində qalıqlar düşüb. Həmin limanda "Lukoyl" şirkətinə məxsus neft terminalı fəaliyyət göstərir.

Rusiya rəsmiləri iyulun 4-ü səhər saatlarında Leninqrad vilayəti üzərində daha 67 PUA-nın məhv edildiyini də açıqlayıblar.

"Exilenova+" monitorinq kanalı hücum nəticəsində Sankt-Peterburq neft terminalının vurulduğunu iddia edib. OSINT analitikləri terminal ərazisində bir neçə yanğın ocağının yarandığını bildirirlər.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko PUA hücumunu təsdiqləyərək səhər saatlarında iki pilotsuz aparatın zərərsizləşdirildiyini açıqlayıb. Hücumun nəticələri barədə isə rəsmi məlumat verilməyib.

Ukraynanın müdafiə nazirinin müşaviri Sergey Sternenkonun sözlərinə görə, Sankt-Peterburq neft terminalı Baltik regionunun ən iri neft terminallarından biridir. Terminalda neft məhsullarının saxlanılması üçün 21 rezervuar yerləşir və illik ötürmə gücü 12,5 milyon ton təşkil edir.

Qeyd edək ki, Ukrayna Müdafiə Qüvvələri daha əvvəl də bu terminala zərbələr endirib. Belə ki, 2026-cı il iyunun 3-də, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılışı ərəfəsində PUA-lar həm Sankt-Peterburq neft terminalına, həm də Kronştadtdakı Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına hücum etmiş, nəticədə "Boykiy" korvetinin zərər gördüyü bildirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyul 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see279

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see247

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see246

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see235

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see215

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see214

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see211

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see209

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see205

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see204

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see204

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see200

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see199

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see193

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see174

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see173

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see169

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see167

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see162

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri