Ukrayna Rusiyaya belə qalib gəlmək istəyir DETALLAR
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bildirilib ki, Kiyevdən fərqli olaraq Kremlin belə bir dəstəyi yoxdur və bu qeyri-balanslı geosiyasi vəziyyət Moskvanın hərbi üstünlüyünə imkan vermir.
Məqəalədə qeyd olunub ki, Rusiya özü başlatdığı müharibənin bədəlini iqtisadiyyatının Ukrayna zərbələri və Qərb sanksiyaları səbəbindən təzyiq altında olduğu bir vaxtda ödəyir:
“Moskvanın iki ən yaxın müttəfiqi olan İran və Şimali Koreya sarsıntı içindədir. Çin Rusiyanın çətin vəziyyətindən istifadə edərək neft və qaz qiymətlərini aşağı salmaq üçün danışıqlar aparır və öz iqtisadi çətinlikləri ilə üzləşir.
Rusiya tammiqyaslı yanacaq böhranı ilə mübarizə aparır, çünki Ukrayna dronları ölkənin neft emalı gücünün üçdə birindən çoxunu sıradan çıxarıb. Bu arada, Ukraynanın öz neft emalı zavodları 2022-ci ildə kütləvi bombardmanlara məruz qalmasına baxmayaraq, Avropadan yanacaq idxalı sayəsində Ukraynadakı yanacaqdoldurma məntəqələri adi rejimdə işləyir.
Belarus və Şimali Koreya istisna olmaqla, Rusiyanın heç bir qonşusu, o cümlədən Mərkəzi Asiyadakı rəsmi müdafiə müttəfiqləri onun hərbi əməliyyatlarına açıq şəkildə kömək etmir. Hətta Belarus belə son zamanlar Qərbdən yeni sanksiyalar və ya Ukraynadan hərbi cavab almaqdan çəkinir”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 31 Avqust 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















