Icma.az
close
up
RU
Ukrayna Rusiyaya daha ağır zərbələr vuracaq Polkovnik

Ukrayna Rusiyaya daha ağır zərbələr vuracaq Polkovnik

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Rusiya ordusu Kiyevə kütləvi hücum həyata keçirib.

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Rusiyanın yenidən Kiyevə kütləvi hücumu rəsmi Moskvanın üzləşdiyi vəziyyətlə bağlıdır:

"Artıq iki gündür, 2014-cü ildə işğal olunmuş Krımda insanlar çox böyük çətinlik yaşayırlar. Yanacaq sarıdan çox böyük qıtlıq var. Yalnız həyati əhəmiyyət kəsb edən sahələrə məxsus olan avtomobillərə yanacaq ayrılır. Vətəndaşlara isə çox böyük çətinliklə 20 litr benzin verilir. Bu da demək olar ki, Krıma gələn həm turistlərin, həm də yerli insanların tələbatını ödəmir. Rusiya da bunun sanki acığını çıxmaq üçün bu gün Kiyevə, o cümlədən Xarkova və Dneprə zərbələr endirib. Çox təəssüflər olsun ki, ölənlər, yaralananlar var. Rusiya bununla Ukraynanı çəkindirmək istəyir.

Ukrayna Prezidenti Volodimir Zelenski də bildirib ki, Ukrayna lazım olan addımları atır. Minlərlə insan bu gecəni metroda keçirib. Yəni insanların rahatlığı pozulub, dağıntılar, yanğınlar var. Əlbəttə ki, Rusiyanın hücumları mənasızdır. Artıq beşinci ildir ki, bu taktikadan istifadə olunur. Ukrayna isə yeni taktikadan istifadə edir. Rusiyanın dərinliklərində olan logistik mərkəzləri vurur. Rusiyanın Dnepr qoşun birləşməsi artıq qida, silah-sursat və yanacaq qıtlığı hiss edir. Ona görə də Rusiya sonda məcbur olub Ukrayna ilə bir masa arxasına gələcək".

Polkovnikin sözlərinə görə, Ukrayna ordusu taktikanı dəyişib:

"Bu gün şəxsi heyətdən daha çox texnologiyadan istifadə olunur. Rusiya ordusu Kiyevə bu kütləvi hücumla yenidən Ukraynanı nəyəsə məcbur etmək istəyir. Yaxın saatlarda Ukrayna yəqin ki, Rusiyaya daha ağır zərbələr vuracaq. Necə ki, bu gün Ukrayna ordusu Krasnodardakı neft emalı zavodunu vurub. Müharibə tam şiddəti ilə 1560 gündür ki, davam edir. Hər hansı bir uğur əldə edilməyib. Cavab zərbəsi ilə Rusiya ərazisində itkilər olacaq, dağıntılar olacaq. Sonda tərəflər onsuz da danışıqlar masasına gəlməlidirlər. Bunu Ukrayna təklif edir, amma Rusiya rəhbərliyi ağılsızlıq edərək, öz inadkarlığını bax bu şəkildə davam etdirir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyun 2026 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri