Icma.az
close
up
RU
Ukrayna savaşı ərazi konflikti deyil Tramp Rusiya barədə qəti qərar verir

Ukrayna savaşı ərazi konflikti deyil Tramp Rusiya barədə qəti qərar verir

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyanın supergücü ABŞ-da baş verənlər və Ukrayna müharibəsi ilə bağlı son vəziyyət gündəmin əsas mövzularındandır.

Globalinfo.az bu mövzularla bağlı politoloq Şahin Cəfərlidən müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– Şahin bəy, ABŞ-da əvvəlcə İlon Mask ilə Donald Tramp arasında ədavət yarandı. Bu düşmənçiliyin əsasında əslində nə durur?

Prezident Tramp və İlon Mask arasında kəskin qarşılıqlı ittihamlarla başlayan konflikt uzun sürmədi. Bilirsiniz ki, Mask artıq səhvini etiraf edib və Tramp haqqında açıqlamalarında çox dərinə getdiyini təəssüflə vurğulayıb. Münaqişənin yoluna qoyulmasında vitse-prezident Vens və digər respublikaçılar önəmli rol oynayıb, çünki bu 2 qüdrətli şəxs arasındakı düşmənçilik respublikaçıların ABŞ siyasətindəki mövqelərinə çox ağır zərbə vura bilər. Xüsusən gələn il Konqresə ara seçkilərin keçiriləcəyini nəzərə alsaq, bu ərəfədə Tramp-Mask qarşıdurmasının davam etməsi respublikaçıların qətiyyən istəməyəcəyi bir problem olardı. İlon Maskın üzrxahlığı onların rahat nəfəs almasına səbəb oldu.

Lakin problemin tam aradan qalxdığını və prezidentlə texnomaqnat arasında münasibətlərin əvvəlki səviyyəyə qayıdacağını söyləmək çətindir. Hazırkı vəziyyəti atəşkəs kimi qiymətləndirmək daha doğru ola bilər. Çünki bəzi vacib məsələlər üzrə tərəflər arasında fundamental fikir ayrılıqları var. Məlum olduğu kimi, gərginlik Trampın “böyük, gözəl bir qanun layihəsi” adlandırdığı vergi imtiyazlarına dair layihədən qaynaqlanır. Mask bu layihəni “iyrənc” və “mənfur” kimi çox sərt epitetlərlə damğalayıb. O, hesab edir ki, bu layihə qanunlaşarsa, nəhəng büdcə kəsiri daha 2,5 trilyon dollar böyüyəcək və ölkə resessiyaya (iqtisadi kiçilmə) daxil olacaq.

Ümumilikdə qeyd etmək lazımdır ki, trampçı MAGA (Make America Great Again – red.) ictimaiyyəti içərisində 2 xətt var: birincisi, radikal sağçı-populistlər, ikincisi, texno-sağçılar. Hər iki xətt mühafizəkar dəyərləri bölüşsə də, onların prioritetləri fərqlənir. Birincilər ölkənin problemlərinə daha çox qatı ideoloji prizmadan yanaşırlar. Məsələn, onlar miqrasiya məsələsində çox sərt mövqe tutur və miqrant qəbulunun ciddi şəkildə məhdudlaşdırılmasını, ölkədəki miqrantların isə kütləvi deportasiyasını tələb edirlər. İ.Maskın da aid olduğu texno-sağçılar isə nisbətən yumşaq mövqedədir və kvalifikasiyalı əcnəbi mütəxəssislərin ölkəyə qəbulunu davam etdirməyin tərəfdarıdır. Çünki texnoloji sektorun bu tip əməkdaşlara ehtiyacı var. Bəhs etdiyimiz qanun layihəsində qanunsuz miqrant probeminin həllinə, o cümlədən onların ölkədən qovulmasına 155 milyard dollar maliyyə ayrılıb. Mask və onun yaxın çevrəsindəki libertarian texnomaqnatlar isə mümkün qədər kiçik dövlət modelinə tərəfdardır və dövlət aparatının saxlanmasına sərf olunan vəsaitlərin ixtisarını, dövlət borcunun azaldılmasını istəyirlər. Bu iş adamları qrupu hesab edir ki, dövlət qeyri-effektiv xərclərdən vaz keçərək onların şirkətlərinin innovativ layihələrinə daha çox pul ayırmalıdır, çünki ölkə yalnız inqilabi texnologiyalar hesabına inkişaf edə bilər.

Ümumən müasir ABŞ respublikaçıları müxtəlif maraq qruplarının geniş koalisiyasıdır və bu maraqların uzlaşdırılması asan məsələ deyil. Ona görə də Tramp-Mask mübahisəsinin tamamilə bitdiyini və barışıq yarandığını söyləmək doğru olmaz, çünki bu, şəxsi mübahisə deyil.

Həmçinin oxuyun:

“İranda sabitliyin pozulması maraqlarımıza cavab vermir” – Qüdrət Həsənquliyev

– Bunun ardınca iyunun 8-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi tərəfindən Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni mühacirləri müəyyən etmək üçün keçirdiyi reyd etirazçılarla toqquşmaya çevrildi. Bu hadisə Tramp administrasiyasının daxili siyasətinə necə təsir edəcək?

– Los-Ancelesdəki hadisələrə gəldikdə isə Trampın atdığı addımlar onun bu problemə baxışını əks etdirir və seçkiqabağı vədlərinə uyğundur. Trampın seçiciləri onun miqrant problemi ilə bağlı qərarlarını dəstəkləyir.

– Ali Radanın deputatı Serhiy Raxman deyib ki, ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin Ukraynaya ayırdığı hərbi yardımı dayandıra bilər. Görünən odur ki, ABŞ Ukraynanı dəstəkləmir və o, Qərb müttəfiqlərinin yardım və dəstəyi ilə Rusiyaya hücumlar təşkil edir. Ukrayna müharibəsində hazırkı vəziyyəti və gələcək riskləri şərh edərdiniz

– ABŞ-ın Ukraynaya yardımlarının dayanmasından yox, azalmasından danışmaq daha doğru olar. Məlumdur ki, Tramp vəzifəsinin icrasına başladıqdan sonra Rusiya-Ukrayna məsələsi ilə bağlı vasitəçilik missiyası həyata keçirdi. Vasitəçi isə tərəfsiz olmalıdır, bu səbəbdən ilkin dövrdə ABŞ Ukraynaya Bayden dövründə ayrılan hərbi yardımları, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdı. Lakin qısa müddət sonra bu yardımlar bərpa olundu. Hazırda Tramp qərar ərəfəsindədir: o, daha əvvəl bildirmişdi ki, sülh əldə olunmasa, buna mane olan tərəfi cəzalandıracaq. Rusiya faktiki olaraq, Trampın bütün sülh təşəbbüslərini rədd edib və qarşısına qoyduğu hədəflərə çatana qədər müharibəni davam etdirəcəyini bildirir. Rusiyanın sülh şərtləri qarşılıqlı kompromisləri deyil, Ukraynanın kapitulyasiyasını nəzərdə tutur, bu isə təkcə Kiyev üçün yox, Vaşinqton üçün də qəbulolunmazdır. Tramp Ukraynanı dəstəkləməklə bağlı çox həvəsli görünməsə də, Ukraynanı Rusiyaya təslim etməkdə də maraqlı deyil. Eyni zamanda o, Rusiya ilə münasibətlərdə Bayden administrasiyası dövründəki konfrontasiya kursuna qayıtmaq da istəmir. Bu baxımdan Tramp hazırda dilemmatik seçim qarşısında qalıb. Konqres isə Rusiyaya qarşı siyasətin sərtləşdirilməsini tələb edir. Tramp əvvəl-axır bu məsələ ilə bağlı qəti qərar verməli olacaq.

– Rusiya Prezidentinin köməkçisi və Ukraynaya dair danışıqlar üzrə nümayəndəsi Vladimir Medinskinin Ukrayna ilə nüvə müharibəsi və Qarabağ münaqişəsi barədə açıqlamasına münasibət bildirərdiniz

– Medinskinin açıqlamaları ənənəvi, klassik imperialist yanaşmanın təzahürüdür. Moskva keçmiş sovet respublikalarının müstəqilliyini hələ də həzm edə bilmir. Postsovet regionu onların nöqteyi-nəzərindən Rusiyanın təbii nüfuz dairəsidir və yeni müstəqil dövlətlər Moskvanın milli maraqlarına zidd addım ata bilməzlər. Xüsusən Ukrayna rus imperializmi üçün həyati maraq zonasıdır. Bu müharibə bir ərazi konflikti deyil: Rusiya müstəqil, milli Ukrayna dövlətinin mövcudluğuna və inkişafına nəyin bahasına olursa olsun yol verməmək niyyətindədir. Moskva Ukraynanı SSRİ və Rusiya imperiyası dövründə olduğu kimi, özündən tamamilə asılı duruma salmaq istəyir. Ukrayna isə təbii olaraq bunu qəbul etmir və müqavimət göstərir. Bu səbəbdən, müharibənin hər iki tərəf üçün məqbul olan sülh anlaşması ilə yekunlaşması hələ ki qeyri-mümkün görünür.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 İyun 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri