Icma.az
close
up
RU
“UKRAYNA SÜLH RAZILAŞMASINA YAXINDIR” Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və...

“UKRAYNA SÜLH RAZILAŞMASINA YAXINDIR” Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və...

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın sərt danışıqlar taktikasına baxmayaraq, Ukrayna üçün sülh razılaşmasının əldə edilməsi yaxınlaşır.

“AzPolitika” xəbər verir ki, "Washington Post" qəzetində dərc edilən yeni məqalədə belə deyilir.

Nəşr öz mənbələrinə istinadla iddia edib ki, Ağ Ev tərəfləri yekun razılaşmaya yaxınlaşdırmaq üzrədir. Qəzet ABŞ, Ukrayna və Avropa rəsmilərinə istinadla qeyd edir ki, danışıqlar paketinə üç sənəd daxildir: Sülh müqaviləsi, təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa planı. Finlandiya Prezidenti Aleksandr Stubb yenilənmiş ABŞ planının 20 bəndə qədər qısaldıldığını açıqladı; 10 dekabrda Ukrayna və Avropa rəsmiləri düzəlişlər paketi təqdim edəcəklər.

ABŞ və Ukrayna rəsmiləri aşağıdakı müddəaların müzakirə olunduğunu bildiriblər: Macarıstan da daxil olmaqla bəzi ölkələrin müqavimətinə baxmayaraq, Ukraynanın 2027-ci ildə Avropa Birliyinə qoşulması; Vaşinqton bu müqaviməti dəf edə biləcəyinə əmindir. Həmçinin müzakirə olunan digər məsələ NATO-nun kollektiv müdafiəsinə bənzər, ABŞ Konqresi tərəfindən təsdiqlənməli və Avropa ölkələrindən də ayrı bir təminat razılaşması tələb edən ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləridir. Hazırda ABŞ-Ukrayna işçi qrupu kəşfiyyat paylaşımı da daxil olmaqla, Rusiyanın mümkün pozuntularına cavab vermək mexanizmlərini araşdırır”.


Nəşr yazır ki, ayrıca olaraq, Ukraynanın suverenliyinin Rusiyanın mövqeyindən asılı olmaması prinsipi müzakirə olunur: “Bu kontekstdə Ukrayna ordusunun 800.000 əsgərlə məhdudlaşdırılması qeyd olunur ki, bu da Kiyevin etiraz etdiyi maddələrdən biridir. Danışıqlarda həmçinin, Donbasdan Xersona qədər təmas xətti boyunca silahsızlaşdırılmış zonanın, eləcə də gücləndirilmiş monitorinqlə ağır silahlardan azad dərinliklərə qədər uzanan zonanın yaradılması nəzərdən keçirilir”.

Qəzet qeyd edir ki, ərazi məsələləri danışıqların əsas elementi olaraq qalır: “ABŞ "ərazi mübadiləsini" qaçılmaz hesab edir və Ukraynanın növbəti altı ay ərzində Donbasın bir hissəsini itirə biləcəyini iddia edir. Kiyev isə ərazi güzəşti etmək üçün qanunla nəzərdə tutulmuş hüququnun olmadığını vurğulayır. Müzakirə olunan variantlar arasında Koreya ssenarisi də var. Bundan əlavə, Zaporojye Atom Elektrik Stansiyasının ABŞ-nin nəzarətinə verilməsi nəzərdən keçirilir”.

Qeyd olunur ki, iqtisadi bloka Avropadakı dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 100 milyard dollar ayırmaq təklifi daxildir: “Bu məbləğin artırılması ehtimalı da var. Vaşinqton 400 milyard dollar cəlb etmək üçün Ukrayna İnkişaf Fondunun yaradılması planını yenidən nəzərdən keçirmək üçün BlackRock-un baş direktoru Larri Fink ilə danışıqlar aparır. Dünya Bankı prosesə cəlb olunacaq. Ağ Evin məlumatına görə, Tramp Rusiya üçün də oxşar investisiya təşəbbüslərində maraqlıdır”.

Bununla yanaşı, nəşrin tanınmış yazarı Devid İqnatius xəbərdarlıq edir ki, Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Avropa müttəfiqlərinə həddindən artıq təzyiqi danışıqları poza bilər. Vəziyyət Vaşinqtonun Avropadakı təhlükəsizlik öhdəliklərindən geri çəkilməsini nəzərdə tutan yeni ABŞ Milli Təhlükəsizlik Strategiyası ilə daha da mürəkkəbləşir.

Göründüyü kimi, müzakirələrin yeni detalları sızdırıldıqca, danışıqlar ətrafında müəyyən aydınlıq formalaşır. Lakin ərazi güzəşti məsələsi əsas problem olaraq qalır və Kiyevin qanunla ərazi güzəştinə gedə bilməyəcəyini yaxşı bilən Kremlin məhz bu məsələdə israr etməsi də Rusiyanın sülhdə maraqlı olmadığının əsas elementi sayıla bilər.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Dekabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri