Ukrayna təhsil və elm nazirinin müavini: Ölkədə 3 milyon hektar meşə məhv edilib, hər yeddi məktəbdən biri dağılıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynada təhsil sahəsi terrorizimin əsas qurbanıdır.
APA xəbər verir ki, bu barədə COP29-da Təhsilin yaşıl inkişafı və iqlim savadlılığı metrikasının təkmilləşdirilməsi üzrə nazirlər dəyirmi masası - Təhsilin Yaşıl İnkişafı Tərəfdaşlığının 2-ci illik toplantısında Ukraynanın eml və təhsil nazirinin birinci müavini Yevhen Kudriavets deyib.
Nümayəndə qeyd edib ki, ölkəsində müharibə dövründə 6500-dən çox ekoloji cinayət baş verib, nüvə terrorizmi, enerji infrastrukturunun geniş şəkildə məhv edilməsi davam edir: "Rusiya cəmi 1000 günlük genişmiqyaslı işğalda buna səbəb oldu və hər gün baş verən cinayətlərlə bu böhran daha da şiddətlənir”.
Qeyd olunub ki, Ukraynada təxminən 3 milyon hektara yaxın meşə məhv edilib, hər yeddi məktəbdən biri zədələnib və ya dağılıb: “Təhsil zorakılıqdan əziyyət çəkir. Nə qədr çox uşaq onlayn, qarışıq rejimdə, yer altında təhsil alır. Bununla belə, bu problemlərin hər birinin öhdəsindən gəlməklə, qlobal yaşıl transformasiyaya öz töhfəmizi verməyə sadiqiq“.
O, həmçinin qeyd edib ki, Ukraynanı yenidən qurmaqdan, yaşıllıqları bərpa etməkdən başqa çarə yoxdur: “Biz bütün fənlərdə, ədəbiyyatda, riyaziyyatda, incəsənətdə və texnologiyada ekoloji maarifləndirməni təşviq edirik. İqlim dəyişikliyində təhsilin rolu mühümdür. Bu gün yetişdirdiyimiz nəsil sabahın dünyasını formalaşdıracaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 18 Noyabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















