Ukrayna üçün silah və sursat ehtiyatımız tükənib Almaniya
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Ukraynaya ötürə biləcəyi silah və hərbi texnika ehtiyatlarının demək olar ki, tükəndiyini bildirib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, nazir Berlində keçirilən mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, Almaniya bu məsələdə artıq imkanlarının son həddinə çatıb.
“Biz bu məsələdə imkanlarımızın sərhədinə çatmışıq”, – deyə Pistorius vurğulayıb.
O əlavə edib ki, Almaniya indiyədək Kiyevə dəstək çərçivəsində ehtiyatlarının əhəmiyyətli hissəsini təqdim edib. Berlin Ukraynaya hava hücumundan müdafiə sistemləri, zirehli texnika, artilleriya qurğuları və digər silah növləri göndərib.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:Almaniya Ukrayna üçün yeni silah paketinin tərkibini açıqlayıb
15 Yanvar 2025 05:15
Almaniya Ukrayna üçün qırıcı və “Patriot” alır
05 Sentyabr 2025 17:23
Almaniya Kanslerindən Ukrayna üçün ümidverici açıqlama
29 May 2025 12:14
Ukrayna üçün mərmilərin pulunu Almaniya ödəyəcək
06 Yanvar 2025 18:56
Almaniya Ukrayna üçün “Patriot” almağa hazırdır
10 İyul 2025 18:20
Baxış sayı:140
Bu xəbər 12 Fevral 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















