Icma.az
close
up
RU
Ukrayna və ABŞ üçün yeni mərhələ: Nadir metalların birgə işlənməsinə dair saziş tərəflərə nə qazandıracaq?

Ukrayna və ABŞ üçün yeni mərhələ: Nadir metalların birgə işlənməsinə dair saziş tərəflərə nə qazandıracaq?

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyev, 2 may, AZƏRTAC

Bu ilin fevral ayından müzakirə olunan Amerika Birləşmiş Ştatları (ABŞ) və Ukrayna arasında nadir metalların birgə işlənməsinə dair saziş nəhayət ki, imzalandı. Hazırda əsas maraq doğuran məsələ isə sənədin bu ölkələrə gətirəcəyi dividentlərlə bağlıdır.

İndi bu məsələ ətrafında fərqli fikirlər mövcuddur. Ukrayna rəsmiləri sazişdə hər iki ölkənin maraqlarının bərabər şəkildə qorunduğunu açıqlayırlar. Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, ABŞ-la birlikdə İnvestisiyaların Bərpası Fondu yaradılacaq. Bu Fond 50/50 prinsipi əsasında fəaliyyət göstərəcək. Ukrayna dövləti təbii sərvətlərə tam nəzarəti özündə saxlayır. Üstəlik, saziş ölkənin Avropaya inteqrasiyasını yavaşlatmamalıdır. Bundan başqa, sənəddə Ukrayna üçün heç bir borc öhdəliyi nəzərdə tutulmur.

Ukraynadan olan analitiklər isə hesab edirlər ki, saziş rəsmi Kiyevin təhlükəsizliyi baxımdan da önəmlidir. Ukraynalı siyasi ekspert İvan Us AZƏRTAC-a açıqlamasında bildirib ki, bu sənəd həm Amerika, həm də Ukraynanın gələcəyi üçün olduqca əhəmiyyətlidir. “Bir neçə ayın əsas mövzusu Ukrayna ilə ABŞ arasında nadir mineral ehtiyatların birgə işlənməsinə dair sazişin imzalanmasına aydınlığın gətirilməsi idi. Sözsüz ki, fevralın sonunda Ağ Evin Oval kabinetində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və Vitse-prezident Vens arasında yaranan qalmaqaldan sonra bu məsələyə nöqtə qoyulduğunu düşünənlər az olmadı. Amma burada məsələyə nöqtə qoyulmadı, Amerika tərəfindən Ukraynaya böyük təzyiq var idi. ABŞ sazişin tezliklə bağlanmasını, Ukrayna isə Qələbə Planının tərkib hissəsi olan nadir mineral ehtiyatların birgə işlənməsinə dair müddəaların dərindən işlənməsini istəyirdi. Hələ o zaman Kiyev bu razılaşma çərçivəsində Amerikanın Ukraynaya hərbi yardımları davam etdirməsinin vacibliyini bildirirdi. Uzun sürən müzakirələrdən sonra Ukrayna bu sazişi imzaladı. Sənəddə Ukrayna üçün əhəmiyyətli olan bir neçə məsələ var. Bunlardan birincisi, köhnə tarixlə Ukraynanın Amerikaya borcunun olmamasının qeyd edilməsidir. İkincisi, bu saziş Ukraynanın Avropaya inteqrasiyasını məhdudlaşdırmayacaq. Üçüncüsü, sənədin sonradan parlamentdə ratifikasiyasıdır. Hazırda sazişin texniki tərəfləri üzərində iş davam etdirilir”, - deyə ekspert vurğulayıb.

İvan Usun fikrincə, artıq Amerika tərəfi sazişdən irəli gələn bəzi addımları atmağa başlayıb. Buna Tramp Administrasiyasının Ukraynaya növbəti hərbi yardımın ayrılmasına dair verdiyi göstərişi misal göstərmək olar. “Sazişin ilk nəticəsi var. Tramp Ukraynaya ABŞ-ın 50 milyon dollar həcmində silah satmasına razılıq verib. Kimlərsə, bu məbləğin əvvəlki hərbi yardım fonunda az olduğunu düşünür. Ancaq unutmaq olmaz ki, Trampın andiçmə mərasimindən sonra Birləşmiş Ştatların Ukraynaya heç bir hərbi yardımı olmamışdı. Artıq buzlar əriyib, proses başlanıb. İndi hər şey prosesin davamından asılıdır. Ukrayna üçün müharibə dönəmində Amerikanın yardımları vacibdir. O ki qaldı nadir mineral ehtiyatların işlənməsinə, bunlarla məşğul olmaq üçün ölkədə müharibə bitməlidir. Ukrayna öz ərazilərinə nəzarət etməlidir”, - deyə ukraynalı ekspert diqqətə çatdırıb.

Sazişi Ukrayna tərəfdən imzalayan Baş nazirin müavini, iqtisadiyyat naziri Yuliya Sviridirenko isə bildirib ki, fondun ilk 10 ilinin mənfəəti və daxilolmaları bölüşdürülməyəcək. Lakin Ukraynaya yeni layihələr və ya bərpa üçün sərmayə qoyula bilər. Bu şərtlər əlavə olaraq müzakirə ediləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see187

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see155

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see153

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see147

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see131

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri