Ukrayna XİN başçısı: Rusiya atəşkəs elan etməyi gecikdirsə, ona əlavə təzyiq göstərilməlidir
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Əgər yaxın vaxtlarda Rusiya atəşkəsə razılaşmasa, Ukraynanın müttəfiqləri Moskvaya qarşı təzyiqləri gücləndirməli və Kiyevi gücləndirmək üçün əlavə addımlar atılmalıdır”.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
O bildirib ki, İstanbulda keçirilən görüş Rusiyanın təcavüzünü davam etdirməsi üçün bəhanə olmamalıdır:
“Rusiya atəşkəs elan etməyi gecikdirsə, ona əlavə təzyiq göstərilməlidir”.
O, həmçinin iqtisadi sanksiyaların sərtləşdirilməsini, Ukraynaya hərbi yardımın artırılmasını, hava müdafiəsinin gücləndirilməsini və müdafiə sənayesinə investisiyaların artırılmasını təklif edib.
Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar keçirilib. Tərəflər 1000-ə 1000 əsir mübadiləsi barədə razılığa gəlib, Ukrayna isə dövlət başçıları səviyyəsində danışıqlar tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 May 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















