Icma.az
close
up
RU
Ukrayna XİN: Təhlükəsizlik zəmanətləri layihəsi gələn həftə hazır ola bilər

Ukrayna XİN: Təhlükəsizlik zəmanətləri layihəsi gələn həftə hazır ola bilər

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə ilkin layihə gələn həftənin əvvəlində hazır ola bilər. Bundan sonra bu sənəd üzərində “siyasi müstəvidə” iş başlaya bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər nazirinin müavini Sergey Kislıtsa məlumat verib. O, avqustun 18-də Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşdə iştirak edən Kiyev nümayəndə heyətinin tərkibində olub.

“Təhlükəsizlik zəmanətləri məsələsi çox vacib və mürəkkəbdir. Ukrayna üçün təhlükəsizlik zəmanətləri paketinin yekun ilkin layihəsini hazırlamaq üçün azı bir həftə vaxt lazımdır. Ən yaxşı halda, gələn həftə ilk layihəni əldə edə bilərik və bundan sonra rəhbərlik bu sənəd üzərində siyasi baxımdan necə işləyəcəyimizə qərar verməlidir,” – deyə Kislıtsa "NBC News"a verdiyi müsahibədə bildirib.

O əlavə edib ki, təhlükəsizlik zəmanətləri Ukraynanın Qərb müttəfiqləri ilə razılaşdırılmalıdır və “bu məsələ Rusiya ilə müzakirə mövzusu ola bilməz”.

Bundan əvvəl Ağ Evin sözçüsü Kerolayn Livitt bildirmişdi ki, ABŞ Ukrayna üçün Rusiyanın da qəbul edə biləcəyi təhlükəsizlik zəmanətlərini müzakirə edəcək. Tramp isə "Fox News"a verdiyi müsahibədə deyib ki, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri NATO tərəfindən müdafiəni əhatə etməməlidir. O əlavə edib ki, “hansısa formada təhlükəsizlik olacaq”, amma ətraflı məlumat verməyib.

Rusiya isə Ukraynaya kollektiv şəkildə təhlükəsizlik zəmanətlərinin verilməsi prinsipini aktual hesab edir, lakin bu zəmanətlərin Rusiya ilə qarşıdurma məntiqində olmasını qəbul etmir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri