Ukrayna yeni dördillik proqram çərçivəsində BVF dən ilk yardım tranşı alıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Kiyev, 3 mart, AZƏRTAC
Ukrayna BVF-dən 1,5 milyard dollarlıq maliyyə yardımı üzrə ilk tranşı alıb. Vəsait prioritet büdcə xərcləri üçün istifadə olunacaq.
AZƏRTAC bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenkonun “Telegram” kanalına istinadla xəbər verir.
“Ukrayna bu gün Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi çərçivəsində yeni dördillik proqram çərçivəsində BVF-dən ilk tranşı alıb. Hazırda 1,5 milyard dollar köçürülüb və bu vəsait prioritet büdcə xərclərinin maliyyələşdirilməsi, makromaliyyə sabitliyinin dəstəklənməsi üçün istifadə olunacaq”, -deyə Baş nazir qeyd edib.
Onun sözlərinə görə, proqramın ümumi həcmi 8,1 milyard dollardır. Ukrayna tammiqyaslı müharibənin başlanmasından bəri dövlət büdcəsi üçün BVF-dən 14,9 milyard dollar maliyyə dəstəyi cəlb edib.
“Biz makroiqtisadi sabitliyin qorunmasına, dövlət institutlarının gücləndirilməsinə və Avropa inteqrasiyasına doğru irəliləməyə yönəlmiş razılaşdırılmış islahatları həyata keçirməyə davam edirik”, -deyə hökumət başçısı əlavə edib.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası Ukrayna üçün 8,1 milyard dollarlıq yeni maliyyələşdirmə proqramını təsdiqləyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 03 Mart 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















