Ukrayna yığmasının baş məşqçisi: Azərbaycan millisinə qarşı səfərdə oynamaq çətin olacaq AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı,13 dekabr, AZƏRTAC
“Xatırladığım qədər Azərbaycan millisi ilə heç vaxt oynamamışıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.
O, Azərbaycan millisinin bir çox matçını izlədiyini bildirib: “Futbolçu kimi bu komandaya qarşı oynamamışam. Amma məlumatlıyam. İstənilən rəqiblə matçlara ciddi hazırlaşacağıq. İlk növbədə öz çıxışımıza baxmaq daha vacibdir. İslandiyada oynamaq çox çətin olacaq, çünki bu komanda evdə çox yaxşı təsir bağışlayır. Eyni şey Azərbaycan və Fransa yığmalarına da aiddir”.
Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Ukrayna ilə yanaşı, Fransa/Xorvatiya cütünün qalibi və İslandiya ilə də mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 Dekabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















