Icma.az
close
up
RU
Ukraynada gecə hücumu: Rusiya raketlər və “Shahed“lərlə vurub, Kiyev cavab olaraq Rusiya neft obyektlərini hədəfə alıb

Ukraynada gecə hücumu: Rusiya raketlər və “Shahed“lərlə vurub, Kiyev cavab olaraq Rusiya neft obyektlərini hədəfə alıb

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Rusiya müharibəsini neftlə qidalandırır, bu müharibə bitənə qədər Rusiya neftinin alovu sönməyəcək..."

Ukrayna KİV-lərinin məlumatına görə, 3 noyabr gecəsi Rusiya ordusu Ukraynanın demək olar ki, bütün bölgələrinə kütləvi raket-dron hücumu həyata keçirib. "RBK-Ukrayna"nın yazdığına görə, Moskva eyni vaxtda "Kinjal” hipersəs raketləri, "İsgəndər-M" ballistik raketləri, S-300 kompleksləri və 138 ədəd pilotsuz aparatla Ukraynanı hədəfə alıb. Onlardan təxminən 80-i İran istehsalı "Shahed" tipli dronlar olub.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, hücum 2 noyabr axşamı saat 19:00-dan başlayaraq Lipetsk, Kursk, Orlov və Primorsko-Axtarsk istiqamətlərindən həyata keçirilib. Hava hücumuna qarşı müdafiə sistemləri və mobil atəş qrupları 115 dronu və bir "Kinzhal" raketini məhv etməyə nail olub. Lakin 11 fərqli bölgədə 20 dron və bir neçə raket zərbəsinin yaratdığı dağıntılar qeydə alınıb.

Zərbələr nəticəsində xüsusilə Dnepropetrovsk, Nikolayev, Zaporojye və Sumı vilayətlərində itkilər olub. Dnepr şəhərində bir müəssisə və yaşayış binaları dağılıb, 37 yaşlı kişi yaralanıb. Pavloqradda 55 yaşlı kişi həlak olub, aralarında 8 yaşlı qızın da olduğu üç nəfər yaralanıb. Hücum nəticəsində zavodda və yaşayış evlərində yanğınlar baş verib. 

Nikolayevdə elektrik infrastrukturu zədələnib, bir neçə kənd işıqsız qalıb. Sumı vilayətində rus dronları gecə yarısı yaşayış evlərini vurub - bir nəfər ölüb, üç nəfər xilas edilib, onların vəziyyəti ağırdır. Raket zərbələri nəticəsində Ləbədin icmasında iki qadın da yaralanıb.

"Rusiya nefti yanacaq - həm rəmzi, həm də real mənada"

Rusiya ordusunun bu hücumuna cavab olaraq Ukrayna Müdafiə Qüvvələri eyni gecə Rusiyanın enerji və hərbi-logistika obyektlərinə zərbələr endirib. Ukrayna Baş Qərargahı təsdiqləyib ki, Saratov neft emalı zavodu (NEZ) və Luqansk vilayətindəki iki anbar uğurla vurulub. Saratovdakı ELOU-AVT-6 kompleksində böyük yanğın qeydə alınıb. Bu zavod Rusiyanın ən köhnə və mühüm neft obyektlərindən biri sayılır, həm də ordu üçün yanacaq təminatçısıdır.

Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) "Alfa" xüsusi əməliyyat mərkəzi Krasnodar diyarındakı Tuapse limanında yerləşən neft terminalına pilotsuz aparatlarla hücum edib. Beş dron dəqiq hədəfə dəyib, nəticədə tankerlərdən biri alovlanıb, dörd yanacaq doldurma stansiyası sıradan çıxıb, liman binaları dağılıb. UTX mənbələri bildirib: "Rusiya müharibəsini neftlə qidalandırır - biz bu yanacaq mənbələrini ardıcıl olaraq sıradan çıxaracağıq. Müharibə bitənə qədər "Rusiya neftinin alovu sönməyəcək".

Enerji infrastrukturu sarsılıb, qarşılıqlı hücumlar intensivləşib

3 noyabr gecəsi həm Ukraynada, həm də Rusiyada enerji infrastrukturlarına qarşı bir-birini əvəz edən zərbələr müharibənin yeni mərhələsini göstərib. Rusiya tərəfi Ukraynanın şəhərlərini dronlarla vurmaqda davam etsə də, Ukrayna ordusu artıq müharibəni Rusiyanın öz ərazisinə daşıyır - məqsəd isə təchizat zəncirini qırmaq və Kremlə iqtisadi zərbə vurmaqdır.

Saratov və Tuapse zərbələri bunun bariz nümunəsidir: Rusiya ilk dəfədir ki, bir gecədə iki neft obyektində ciddi itkilər verir. Kiyev isə bildirir ki, bu əməliyyatlar "qisas" deyil, strateji qarşılıqlı zərbədir, yəni müharibənin iqtisadi damarına toxunmaqdır. Mütəxəssislər hesab edirlər ki, qarşıdakı aylarda bu cür hücumlar daha da artacaq. Çünki münaqişə artıq təkcə cəbhədə deyil, enerji və sənaye sahəsində də qızışır.

Moderator.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Noyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see889

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see337

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see319

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see310

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see217

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see203

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see194

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see194

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see190

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see189

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see172

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see171

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see170

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see169

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see169

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see161

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see144

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri