“Azərbaycan insanı bu gün dünənkindən yaxşı yaşayır” Deputat yoxsulluqdan danışdı
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycan insanı bu gün dünənkindən və srağagündən pis yaşamır. İnsanımızın yaşamı ölkənin iqtisadiyyatına və reallıqlarına bağlıdır. Hökumət daxili siyasətindəki prioritetə uyğun olaraq büdcəsini müəyyənləşdirir və büdcənin imkanı daxilində onun paylaşdırılmasını həyata keçirir”.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bunu Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişində millət vəkili Musa Quliyev deyib.
O bildirib ki, hökumətin hazırda ilk prioriteti hərbi və milli təhlükəsizlik, ordu quruculuğunun gücləndirilməsi məsələsidir:
“İkinci prioritet istiqamətimiz Qarabağ və Şərqi Zəngəzurun bərpası və bu prosesin sürətləndirilməsidir ki, keçmiş məcburi köçkünlər daha tez öz yerlərinə dönsünlər. Üçüncü və həmişə aktual olan prioritet isə sosial xərclərdir. Burada əmək haqqından tutmuş, səhiyyə, təhsil, sosial təminat və digər məsələlər öz həllini tapmış olur. Sosial xərclərə təsir edən çoxlu faktorlar var. Onlardan ən əsası inflyasiya və bazarda milli valyutanın alıcılıq qabiliyyətinin mütənasib olması faktorudur. Digər faktorlara işsizlik, yoxsulluq səviyyəsi və s. təsir edir. 2026-cı ilin dövlət büdcəsində bunlar nəzərə alınıb. Ötən il həm əmək haqlarında, həm də pensiyaların minimum məbləğində artımlar olub. Lakin bu il üçün bunlar nəzərdə tutulmayıb. Yalnız pensiyanın sığorta hissəsində 9,3 faiz artım olacaq. Qalan məsələlər ola bilsin ki, il ərzində nəzərdə tutulsun”.
Deputat deyib ki, Azərbaycanda hazırda yoxsulluq səviyyəsi o qədər də yuxarı deyil:
“Ölkəmizdə yoxsulluq 5,3-5,5 faizdir. İşsizlik səviyyəsi də 5-6 faiz arasındadır. Daxili və xarici borcumuz 19 faizdir.
Bütövlükdə götürdükdə hər bir dövlətdə hər bir vətəndaş daha yaxşı, dünənkindən yaxşı yaşamaq istər. Azərbaycanda yoxsulluq və işsizlik həddi, sosial indikatorlar MDB ölkələri ilə müqayisə etsək, orta səviyyədədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Fevral 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















