Icma.az
close
up
RU
Ukraynada hansı minerallar var? Tramp onları buna görə istəyir

Ukraynada hansı minerallar var? Tramp onları buna görə istəyir

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp indiyədək göstərilən yardımlar və bundan sonrakı hərbi dəstək müqabilində Ukraynadan nadir torpaq elementləri istəyir. Həmçinin Avropa İttiqafı ölkələri də Ukraynadakı təbii resusların hasilatı üçün müqavilə imzalanmasını təklif edir. Bəs nadir torpaq elementləri nə işə yarayır və bu ABŞ üçün nə deməkdir?

News24.az xəbər verir ki, nadir torpaq elementləri müasir texnologiya və sənayedə geniş istifadə olunan oxşar kimyəvi xassələrə malik 17 elementə verilən addır.

Smartfonların, kompüterlərin, tibbi cihazların və oxşar məhsulların istehsalında mühüm rol oynayan elementlər bunlardır:

Skandium (Sc), İtriyum (Y), Lantan (La), Serium (Ce), Praseodimium (Pr), Neodim (Nd), Prometium (Pm), Samarium (Sm), Avropium (Eu), Qadolinium (Gd), Terbium (Tb), Diprosium (Dy), Holmium (Ho), Erbium (Er), Tulyum (Tm), Lutesium (Lu).

Onların nadir olmasının səbəbi saf formada olduqca çətinliklə tapılmasıdır. Dünyanın müxtəlif yerlərində bu elementlərin yataqları var. Ancaq nadir torpaq elementləri ümumiyyətlə Torium və Uran kimi radioaktiv elementlərlə birlikdə tapılır. Onları parçalamaq üçün bir çox zəhərli kimyəvi maddələr istifadə olunur ki, bu da bəzən çıxarılmasını çətinləşdirə və bahalı edə bilər.

Ukraynada hansı nadir torpaq elementləri var?

Ukraynada Avropa İttifaqının (Aİ) “kritik xammal” kimi təsvir etdiyi 30 maddədən 21-i var. Bunlar dünya ehtiyatlarının təxminən beş faizini təşkil edir. Bu elementlərin tapıldığı ərazilərin əksəriyyəti Urkayna Kristal Qalxanının cənubunda, əsasən Azov dənizinin altındadır.

Bu ərazilərin çoxu hazırda Rusiyanın işğalı altındadır. Bununla belə, Kiyev, Vinnitsa və Jitomir vilayətlərində də perspektivli layihələr var.

Ekspertlərin fikrincə, bu rayonlarda yüzlərlə perspektivli coğrafi obyekt müəyyən edilib. Bunların bəzilərinin işlənməsi iqtisadi cəhətdən məqsədəuyğun hesab edilərsə, element yataqlarına çevrilə bilər.

“Forbes Ukraine” jurnalının məlumatına görə, Ukraynanın digər əsas mineral ehtiyatlarının təxminən 70 faizi Donetsk, Dnepropetrovsk və Luqansk vilayətlərində yerləşir. Bu ərazilər də əsasən işğal altındadır.

Ukraynada nadir torpaq elementləri ilə yanaşı, Litium kimi kritik minerallar adlanan ehtiyatlar da var.

Ukrayna hökumətinin məlumatına görə, ölkədə 450 min ton litium olsa da hazırda çıxarılmır.

Rusiyanın ən azı iki Litium mədənini işğal etdiyi məlumdur: biri Donetsk vilayətində Şevçenkivskedə, digəri isə Berdyansk vilayətindəki Kruta Balkada.

Kirovoqrad vilayətindəki litium yataqları hələ də Ukraynanın nəzarəti altındadır.

Tramp niyə bu mineralları istəyir?

ABŞ-nin nadir torpaqların və kritik mineralların istehsalına nəzarət etmək istəyi bu elementlərin qlobal tədarükünə rəhbərlik edən Çinlə rəqabətdən irəli gəlir.

Son illərdə Çin nadir torpaq minerallarının hasilatı və emalı üzrə liderə çevrilib. Ölkə qlobal istehsal gücünün 60-70 faizini və emal gücünün 90 faizini təşkil edir.

Bu baxımdan ABŞ-nin Çindən asılılığı Tramp administrasiyasında milli təhlükəsizlik və iqtisadi narahatlıqları artırır.

Bu elementlər elektromobillərdən tutmuş hərbi texnikaya qədər qabaqcıl texnologiyaların istehsalında getdikcə daha mühüm rol oynayır. /tns.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Mart 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri