Ukraynadan qaçan Kuleba qayıtdı: Aqibəti necə olacaq?
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Keçmiş diplomatların ölkədən çıxışını qadağan edən qanunun qəbulundan sonra ölkədən qaçan Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Kiyevə qayıdıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın “The Times of Ukraine” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Kuleba Kiyevdədir. Hadisənin digər təfərrüatları məlum deyil. Keçmiş xarici işlər nazirinin Ukraynaya qayıtması ilə bağlı rəsmi xəbərlər təsdiqini tapmayıb.
Kuleba daha əvvəl bəyan etmişdi ki, o, prezident Vladimir Zelenskinin keçmiş diplomatik işçilərinin ölkədən çıxışını qadağan edən fərmanı ilə əlaqədar ölkədən qaçıb.
"Heç vaxt düşünməmişdim ki, ölkəmdən gecələr oğru kimi qaçmalıyam. Onlar mənə qəzəbli idilər, çünki mən Zelenskinin antikorrupsiya agentliklərinin işini senzura etmək niyyətini açıq şəkildə pislədim", - o bildirmişdi./publika.az
Baxış sayı:102
Bu xəbər 20 Sentyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















