Icma.az
close
up
RU
Ukraynalı ekspert: Rusiya qoşunların təmas xəttində müharibəni dayandırmağa hazır deyil

Ukraynalı ekspert: Rusiya qoşunların təmas xəttində müharibəni dayandırmağa hazır deyil

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyev, 18 oktyabr, AZƏRTAC

Ötən gün Ukrayna-Rusiya müharibəsinin tənzimlənməsi istiqamətində Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə sayca üçüncü görüşü baş tutdu. Müzakirələrin nəticəsi olaraq Tramp tərəfindən təklif olunan və Zelenskinin də dəstəklədiyi qoşunların təmas xəttində atəşkəsin əldə edilməsi məsələsi daha çox marağa səbəb oldu.

Ukraynalı siyasi şərhçi İvan Us AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, Donald Trampın Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin tənzimlənməsində mövqeyi dəyişməyib. Səslənən təklifin həlli isə mürəkkəb görünür.

“Donald Tramp həmişə təkrarlayır ki, hər iki tərəfin qoşunları olduğu yerdə dayansın və atəşkəs əldə edilsin. Bu, sözdə asandır, ancaq praktik həlli çox çətindir. Çünki Rusiya cəbhə bölgəsində əməliyyatlarını dayandırmağa hazırlaşmır, onlar hesab edirlər ki, müharibədə qalib gələcəklər. Digər tərəfdən müharibəni dayandıra bilməzlər, onlar bunun üçün külli miqdarda pul xərcləyiblər. Rusiya elan etdikləri məqsədə nail olmadan necə müharibəni dayandıra bilər ki? Əgər Trampın təklifi ilə müharibə dayansa, bu o deməkdir ki, Rusiya sadəcə işğal etdiyi ərazilərə nəzarət edə biləcək. Ancaq Rusiya istədiyi regionların mərkəzlərini işğal edə bilməyib. Xerson, Zaporojye mərkəzləri Ukraynanın nəzarətindədir. Bu isə Rusiya üçün arzuolunan deyil”, - deyə İvan Us əlavə edib.

“Bəs qoşunların təmas xəttində atəşkəsin əldə edilməsi rəsmi Kiyevin marağına nə dərəcədə uyğundur? Bu, sonradan ərazilərin qaytarılmasına hansı əngəlləri törədə bilər?” - sualına cavabında isə ukraynalı ekspert bildirib ki, atəşkəsin əldə edilməsi münaqişənin sonu demək deyil.

“Əslində, bu təklif Ukrayna üçün də qəbul olunan deyil. Zelenski bildirir ki, bəli müharibəni dayandıraq, lakin bu son demək deyil. Əgər belə olsa, onda Ukrayna Krım, Donetsk, Luqansk da daxil olmaqla ərazilərini itirəcək. Bu, Ukrayna dövləti və cəmiyyəti üçün də arzuolunan deyil. Zelenskinin münaqişənin dondurulmasına razılıq verməsi konfliktin həllinə nöqtə qoymaq kimi qəbul edilə bilməz. Zelenski bundan sonra münaqişənin həlli üçün danışıqların aparılmasını istəyir. Rusiya isə hələ ki buna hazır deyil. Çünki Rusiya düşünür ki, müharibədə tam qələbə çalacaq. Düşünürəm ki, münaqişənin dondurulması təklifi hələ ki sözdədir, hər şey döyüş meydanında həll olunacaq”, - deyə ukraynalı ekspert söyləyib.

Proseslərin görünən tərəfi budur ki, Trampın təklifi Rusiya Prezidenti Vladimir Putinlə Budapeştdə nəzərdə tutulan görüşdə də müzakirə olunacaq. Atəşkəsin əldə olunub-olunmayacağına isə görüşdən sonra aydınlıq gələcək. Hazırda isə cəbhədə döyüşlər davam edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri