Ukraynalı politoloq: Əvvəllər Rusiyaya təsir göstərə bilən vasitələr bu gün o qədər də effektiv olmaya bilər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kiyev, 1 noyabr, AZƏRTAC
Ukrayna, Avropa İttifaqı və ABŞ arasında münaqişənin həlli ilə bağlı ümumi mövqenin formalaşdırılması, ortaq mövqelərin, kompromis qərarların razılaşdırılması Rusiyanın xoşuna gəlməyəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ukraynalı politoloq Aleksandr Kovalenko deyib.
Politoloq bildirib ki, Rusiya Prezidenti hazırda sülh danışıqlarına hazır olduğuna dair hətta elementar əlamətləri belə nümayiş etdirmir.
“O, müharibəni davam etdirməyə hazırdır. Deməli, bu baxımdan Rusiyaya təzyiqə dair bəndlər də olmalıdır. Avropa İttifaqı ABŞ-la birlikdə Ukraynaya Rusiyanı danışıqlar masasına əyləşməyə məcbur etməkdə necə kömək etməlidir? Təbii ki, bu, güc elementləridir. Bu, sanksiyalardır, bu, dəstəyin artırılması və Ukraynaya yeni silah növlərinin verilməsi, nomenklaturanın genişləndirilməsidir.
Son vaxtlar “Tomahawk” raketlərindən çox danışılır, hansı ki, onlar həqiqətən də Rusiyanı qorxudub. “Rosneft”, “Lukoyl” şirkətlərinə qarşı tətbiq olunan sanksiyalar da Moskvaya təsir edəcək və ona ağrılı itkilər verə biləcək alətlərdən biridir”, – deyə politoloq əlavə edib.
“Məncə, əvvəllər Rusiyaya təsir göstərə bilən alətlər bu gün o qədər də effektiv olmaya bilər. Öz növbəsində, Moskva da hələ ki, sağlam dialoqa diplomatik baxımdan yetişməyib. Buna görə də məhz bu yetişmə prosesinin sürətləndirilməsi bu cür planların və Ukraynanın koalisiya qüvvələri ilə birgə işinin əsas vəzifəsini təşkil edir”, – deyə A. Kovalenko vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 01 Noyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















