Icma.az
close
up
RU
Ukraynalı tələbələr Azərbaycanın Zəfər tarixi ilə tanış olublar

Ukraynalı tələbələr Azərbaycanın Zəfər tarixi ilə tanış olublar

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Kiyev, 13 noyabr, AZƏRTAC

Kiyev Milli Linqvistika Universitetinin Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində ölkəmizin Qarabağ Zəfərinin beşinci ildönümü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, universitetin təşəbbüsü ilə gerçəkləşən tədbirdə diplomatlar, diasporumuzun nümayəndələri, universitetin rəhbər şəxsləri və tələbələri iştirak ediblər.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Kiyev Milli Linqvistika Universitetinin rektorunun səlahiyyətlərini icra edən Sergey Sorokin çıxış edərək bildirib ki, Ukraynada artıq uzun müddətdir amansız müharibə gedir. Ukrayna hamıdan yaxşı başa düşür ki, Azərbaycan xalqının Zəfərlə bağlı iradəsi nə qədər güclü olub. Azərbaycan bu Zəfərə doğru 30 il addımlayıb. “Biz bu Zəfər münasibətilə Azərbaycan xalqını təbrik etməkdən məmnunuq. Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən yeganə ölkədir. Azərbaycan Ukrayna üçün bir nümunədir. Biz ümid edirik ki, Ukrayna xalqı da güclü iradə göstərəcək, düşməninə qalib gələrək ərazi bütövlüyünü bərpa edəcək”, - deyə Sergey Sorokin vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra Qarabağa və Şərqi Zəngəzura yeni həyat qayıdıb. Artıq iki ildir ki, Qarabağ Universiteti fəaliyyət göstərir. Azərbaycanın qazandığı Zəfər Ukrayna üçün də nümunə olmalıdır.

“Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olmasına mühüm töhfədir. Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, ədaləti və beynəlxalq hüququ bərpa edib”,- deyə Seymur Mərdəliyev diqqətə çatdırıb.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov isə çıxışında dövlətimizin Zəfərə gedən şərəfli yolu haqqında məlumat verib.

Sonra universitetin tələbələri Azərbaycanın qazandığı Zəfərə dair təqdimatlarla çıxış ediblər.

Tədbir çərçivəsində Zəfər tariximizə dair sənədli film nümayiş olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri