Icma.az
close
up
RU
Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəki, 31 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə sosial-psixoloji reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşaq Şəkiyə səfər edib, bu qədim diyarın tarixi məkanları və görməli yerləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, ukraynalı uşaqları və onları müşayət edən müəllim qrupunu bu dəfə Xan sarayının həyətində 44 günlük Vətən müharibəsindən hamının xeyrxah əməlləri ilə tanıdığı Hikmət Musayev, yəni Hikmət baba da qarşılayıb. Bu maraqlı görüşü izləyənlər arasında əməkdaşlarımız da olub.

Budur, iki dövlətin bayraqlarını əllərində tutan ukraynalı qonaqlar “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun həyətinə daxil olur. Qoruq ərazisində, xüsusən Xan sarayının həyətində çox sayda qonaq olsa da, ukraynalı uşaqların gəlişi hamının diqqətini cəlb edir. Uşaqlar, onları müşayət edən qrup rəhbərləri və komanda üzvləri bu tarixi abidənin möhtəşəmliyindən heyranlıqlarını gizlədə bilmirlər. Azərbaycana ilk dəfə gəldiklərini deyən yeniyetmə və uşaqlar getdikləri məkanlarda gülərüz qarşılandıqlarını, bütün qayğıları ilə maraqlandıqlarını, göstərilən diqqət və qayğının yüksək olduğunu bildiriblər.

Görüşə gələn Hikmət babanın qrup rəhbərinə iki dövlətin bayrağının əks olunduğu yun xalçanı təqdim etməsi, eləcə də hər bir iştirakçıya xüsusi hədiyyə verməsi alqışla qarşılanır.

Qrup rəhbəri Larisa Vaniyeva bildirir ki, O, Ukraynanın Sumı şəhərindən gəlib. “Müharibənin od-alovundan çıxmışıq. Bu çətin günlərdə bizim uşaqların gözəl Azərbaycanda istirahətinin təşkilini, terapiyalara cəlb olunmasını unuda bilmərik. Biz ukraynalılar Azərbaycan dövlətinin bu qayğısını unutmayacağıq. Bu gün Şəki şəhərində Hikmət baba ilə tanışlıq, onun uşaqlara hədiyyəsi isə hər birimizi qürurlandırdı. Əlimdə tutduğum bu bayrağı Hikmət babadan almaq bizə verilən ən böyük dəyər idi. Belə insanlar dünyamıza yaraşıq verir. Çünki onlar bizə mənəvi dayaq durur, hətta öz əmək təqaüdündən hədiyyələr alaraq bağışlayır. Bir daha göstərilən diqqətə gösrə hər kəsə təşəkkür edirik”, - deyə fikrini tamamlayır.

Uşaqlar və qrup rəhbərləri ilə xeyli söhbət edən, onlara mənəvi dəstək göstərən Hikmət baba bildirir ki, ukraynalılarla görüşmək onun çoxdankı arzusu idi. Hikmət baba qarşıdakı müddətdə də müharibənin od-alovundan çıxan ukraynalı uşaqlara öz əmək təqaüdündən kömək etməyə hazır olduğunu bildirir.

Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nübar Gözəlovanın sözlərinə görə, bu proqramda müəyyən ekskursiyalar, turlar nəzərdə tutulub. Uşaqlar burada ekskursiyalarla yanaşı, sosial-psixoloji dəstək də alıırlar. Bildirilib ki, 10 günlük sosial-psixoloji reabilitasiya proqramı həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.

Ümumilikdə indiyə kimi 300-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək müvafiq xidmətlərlə təmin edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri