Ukraynanın istifadə etdiyi PUA lar harada istehsal olunur?
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynaya pilotsuz uçuş aparatları tədarük edən Almaniyanın müdafiə şirkəti "Helsinq" ölkənin cənubunda yerləşən məxfi obyektdə dronlar istehsal edir.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, zavod şəhərətrafı sənaye zonasında yerləşir və ən sərt təhlükəsizlik tədbirləri altında fəaliyyət göstərir.
Digər tərəfdən, şirkətin adı onun ərazisində heç bir yerdə göstərilmir, işçilər "gizlilik şərtləri" ilə bağlı müqavilə imzalayıblar. Təhlükə yarandıqda istehsalat bir gün ərzində bağlana və başqa yerə köçürülə bilər.
Qəzet yazır ki, 2024-cü ilin sonundan bəri bu şirkət Ukraynaya minlərlə dron tədarük edib.
Yanvar ayında “Blumberq” Almaniya Müdafiə Nazirliyinin hesabatına və mənbələrə istinadən məlumat vermişdi ki, Ukrayna cəbhə xəttində keçirilən dron sınaqlarının uğursuz nəticələnməsindən sonra "Helsinq" şirkətindən əlavə HX-2 zərbə dronlarının sifarişini dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 12 İyul 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















