Ukraynanın PUA hücumu ilə əlaqədar AZAL ın Bakı Moskva reyslərində gecikmələr yaranıb
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.
Bu barədə AZAL-dan bildirilib.
Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.
Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Qeyd edək ki, ötən gücə Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya kütləvi hücum həyata keçirib. Hücum nəticəsində ölən və yaralananlar var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 Mart 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















