Icma.az
close
up
RU
Ukraynanın qatı əleyhdarı ABŞ dövlət katibi ola bilər “Biz heç vaxt Ukraynada olmamalıydıq” AzPolitika onlayn siyasiictimai qəzet

Ukraynanın qatı əleyhdarı ABŞ dövlət katibi ola bilər “Biz heç vaxt Ukraynada olmamalıydıq” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident Donald Trampın ABŞ dövlət katibi vəzifəsinə digər potensial namizədi, 65 yaşlı Tennessi senatoru Bill Hagerti Ukraynaya maliyyə dəstəyinin əsas tənqidçilərindən biri kimi tanınır.

"AzPolitika" xəbər verir ki, CBS telekanalına müsahibəsində o, hərbçilərə inanmadığını bildirib.

“Amerika xalqı öz vəsaitimizi və resurslarımızı başqa bir ölkənin suverenliyini müdafiə etməyə sərf etməzdən əvvəl Amerikanın suverenliyinin qorunmasını istəyir”, o qeyd edib.

Hagerti 2020-ci ildə Senata seçilməzdən əvvəl Tramp administrasiyasının Yaponiyadakı səfiri vəzifəsində çalışıb.

Həm dövlət katibi postuna ən şanslı namizəd kimi adı çəkilən Marko Rubio, həm də Hagerti Çinə qarşı sərt xətt tərəfdarları hesab olunur. Xüsusilə, Hagerti Çin rabitə və elektronika şirkətlərinə qarşı sanksiyaları dəstəkləyir və Pekini “ABŞ və dünyanın qalan hissəsi üçün təhlükə” adlandırır.

Hagertinin sözlərinə görə, Amerika xalqının 36 ildən sonra ilk dəfə böyük səs çoxluğu ilə prezident seçməsi “ölkəni idarə edən siyasətçilərin öz xalqından uzaqlaşaraq, başqa dövlətlərə pul xərcləməyə üstünlük vermələrinin nəticəsidir”.

“Fikir verin, biz Ukraynaya 175 milyard dollar yardım göndərdik”, - Tennessi senatoru CBS telekanalına müsahibəsində deyib. "Bu, ABŞ Dəniz Piyadaları Korpusunun illik büdcəsindən üç dəfə çoxdur. Mən ABŞ Senatında Ukraynaya bu yardımın hər faizinin əleyhinə səs verən və ona qarşı çıxan azsaylı senatorlardan biri idim. Mən Amerika xalqını dinlədim. Biz ilk növbədə öz problemlərimizə diqqət yetirməliyik. Mən buna görə çox tənqid aldım, amma Amerika xalqı bunu dilə gətirdi və bizim etməmizi istədi. Biz heç vaxt Ukraynada olmamalıydıq”.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Noyabr 2024 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see163

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see159

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see149

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see147

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri