Icma.az
close
up
RU
Ukraynanın sərvəti kimə qismət olacaq? GİZLİ RAZILAŞMA...

Ukraynanın sərvəti kimə qismət olacaq? GİZLİ RAZILAŞMA...

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Trampın Ukrayna sərvətlərinə olan marağı artıq Avropada da yaranıb. Avropa ölkələri də Ukraynanın sərvətlərinin əldə olunmasında əsas oyunçu olmaq istəyir. Qoca Qitə, ABŞ-dən fərqli olaraq, Zelenskinin qəbul edəcəyi təklif irəli sürüblər. Belə ki, Qitə ölkələri Ukraynanın mineral ehtiyatlarının işlənilməsi və nadir torpaq metallarının Vaşinqtondan ayrıca çıxarılmasını istəyir. Bununla bağlı artıq danışıqlar başlanılıb. ABŞ, Çindən asılılığını, Avropa isə ABŞ-dən asılılığını kompensasiya etməyi düşünürlər. Bəs təbii sərvətlər uğrunda mübarizədə kim qalib gələcək? ABŞ, yoxsa Avropa? Çünki hansı ölkə bu  sərvətlərə sahib olsa, hərbi və texnologiyanı təmin etmiş hesab ediləcək.

Politoloq Elçin Xalidbeyli Moderator.az-a açıqlamasında bildirib ki, Tramp administrasiyası Ukraynanı artıq gizli sövdələşmə ilə bölüşdürüb və bu  ABŞ və Rusiya arasında baş verib:

“Ukraynanın taleyi artıq gizli danışıqlarla müəyyən olunub və bu prosesdə Ukraynanın özü və Avropa Birliyi iştirak etmir. Amerika Birləşmiş Ştatları, Avropa Birliyinin Rusiya ilə aparılan danışıqlarda yer almasına icazə vermir. Bu səbəbdən, Avropa Birliyi Ukraynadakı bu prosesdən tamamilə kənarda qalıb. ABŞ-ın Avropa Birliyini bu danışıqlardan kənarda saxlamasında ciddi strateji məqsədləri mövcuddur. Bu məqsədlərdən biri də Ukraynanın zəngin təbii sərvətlərinə nəzarətin ələ keçirilməsidir. İşğal olunmuş ərazilərdəki sərvətlər Rusiya tərəfindən nəzarət altında saxlanacaq, qalan ərazilərdə isə Ukraynanın təbii sərvətləri ABŞ-ın nəzarətində qalmalıdır. Rəsmi Kiyev, bu plana ciddi müqavimət göstərmədən, təhlükəsizlik təminatları qarşılığında ABŞ-ın təbii sərvətlərə nəzarət etməsini qəbul edir. Ukrayna, ABŞ ilə müqaviləni imzalamaq üçün NATO üzvlüyü və təhlükəsizlik təminatlarını tələb edir. Lakin, bu şərtlər yerinə yetirilmədikcə, Zelenski rəhbərliyi müqaviləni imzalamağa razı olmur. ABŞ, Ukraynanın təbii sərvətlərini çox tez ələ keçirmək istəyir. Prezident Tramp açıq şəkildə bildirib ki, ABŞ-ın Ukraynaya xərclədiyi milyardlar qarşılığında bu sərvətləri əldə etmək istəyir. Bu durum, Ukraynanın təbii sərvətlərinin bölüşdürülməsi prosesində Avropa Birliyi və digər ölkələrin iştirakı ehtimalını demək olar ki, sıfıra endirir. ABŞ bu prosesdə təkbaşına dominant rol oynamağı planlaşdırır. Yəqin ki, bu proses yalnız ABŞ-ın istədiyi istiqamətdə inkişaf edəcək".

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri