Icma.az
close
up
RU
Ukraynanın suverenliyi bonus müqaviləsi nə çevirilir? (ŞƏRH)

Ukraynanın suverenliyi bonus müqaviləsi nə çevirilir? (ŞƏRH)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Tramp Avropadakı bu aktivlərə göz dikə bilər, amma Rusiyanın razılığı olmadan onlara dəyməz. Onun üçün Ukraynanın suverenliyi və tökülən qan məsələsi alver predmetidir. Bu mənada da Trampın səmimiliyinə inanmaq doğru olmaz".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ABŞ-la Rusiya arasında hazırlanmış birgə "sülh planı”nın Ukraynadakı müharibəni sona çatdırmaqla Ağ Evin hazırkı sahibi Donald Trampa müqavilənin imzalanması qarşılığında 300 milyard dollarlıq bonus gətirə biləcəyi barədə "Foreign Policy” nəşrində gedən məqaləni şərh edərkən deyib. 

Bununla yanaşı, ekspert bildirir ki, Rusiyanın dondurulmuş aktivlərinin Tramp tərəfindən bölüşdürülməsi məsələsi hələlik qeyri-müəyyəndir:

"Bu aktivlərin taleyi barədə hələlik ciddi fikir olmasa da, aktivlərdən istifadə indilikdə mümkün deyil. Həmin aktivləri Ukraynaya vermək məsələsi illərdir danışıq predmeti olsa da, ancaq onun faizlərindən müəyyən məbləğin verildiyi məlumdur. Məsələ ondadır ki, Avropa və ABŞ-da dondurulan bu aktivlərin istifadəsi Rusiyanın qorxusundan mümkün deyil. Rusiya bu barədə xəbərdarlıq edərək, ciddi nəticələrinin olacağını bildirib. Xüsusən Avropa da Rusiyadan qorxduğu üçün bu aktivlərə dəymir. Sadəcə Ukraynaya müəyyən hissəsinin reparasiya kimi bərpa məqsədilə veriləcəyini deyir".


Həmsöhbətimizin fikrincə, Trampın bu məsələ ilə bağlı təzyiqlə Avropanı razı salması ehtimalı da mümkün variantlardandır: 

"Ümumiyyətlə, ABŞ-ın məsələ ətrafında səmimiliyi şübhə altındadır. İmkan olsa, Tramp 300 milyard aktivi bölüşdürər. Təbii ki, dünya birliyinin, daha doğrusu, Avropanın buna imkan verməyəcəyi də məlumdur. Ancaq Avropa zəifdir. Ağ Ev müəyyən məqamda Avropaya təzyiq edərək onları razı sala bilər. Nə Tramp, nə də Avropa liderləri müqəddəs deyillər və son anda hər şeyə gedə bilərlər. Amma Avropa liderlərinin bir qorxusu var, o da Putinin təcavüzündən çəkilməkdir. Buna görə son məqama kimi öz təhlükəsizlikləri naminə Ukraynanı tək qoymayacaqları aydındır".

Qeyd edək ki, "Foreign Policy” nəşri üçün Avropa Beynəlxalq Münasibətlər Şurasının geoiqtisadi məsələlər üzrə baş elmi əməkdaşı və köşə yazarı Aqat Demarenin yazdığı məqalədə ABŞ və Rusiya arasında hazırlanmış birgə "sülh planı”nın Ukraynadakı müharibəni sona çatdırması ilə ABŞ Prezidenti Donald Trampa müqavilənin imzalanması qarşılığında 300 milyard dollarlıq bonus gətirə biləcəyini vurğulayıb. 

Planın böyük hissəsi dondurulmuş rus aktivlərinə aiddir. Hazırda problem artıq mərkəzi Rusiya bankının aktivlərinin müsadirə ediləcəyi deyil, bu 300 milyard dollarlıq həcmin kimin tərəfindən əldə olunacağı ilə bağlıdır. Yazıda deyilir ki, Trampın "sülh planı"na görə, bu pul Vaşinqton üçün imza bonusu kimi xidmət edəcək ki, bu da ABŞ prezidentinin razılaşmanı tez imzalamaqda niyə maraqlı olduğunu üzə çıxarır. 

Razılaşmaya görə, ABŞ şirkətləri Ukraynanın bərpasını maliyyələşdirmək üçün 100 milyard dollar dondurulmuş rus aktivləri əldə edəcək, ABŞ hökuməti isə bərpa layihəsinin gəlirinin 50%-ni alacaq. Qalan təxminən 200 milyard dollar isə ABŞ və Rusiya arasında investisiya vasitəsi kimi istifadə olunacaq. Eyni zamanda, Avropa vergi ödəyiciləri Ukraynanın bərpası üçün əlavə 100 milyard dollar xərcləri qarşılaya biləcək.

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri