Icma.az
close
up
RU
“Ukraynaya nüvə silahının verilməsi Rusiyaya hücum kimi qiymətləndirilə bilər”

“Ukraynaya nüvə silahının verilməsi Rusiyaya hücum kimi qiymətləndirilə bilər”

“Ukraynaya nüvə silahının ötürülməsi Rusiya ilə nüvə münaqişəsinə hazırlıq kimi qiymətləndirilə bilər”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev özünün “Teleqram” kanalında yazıb.

O, bildirib ki, nüvə silahının faktiki olaraq Kiyevə ötürülməsi Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasının müddəalarına uyğun olaraq Rusiyaya qarşı başa çatdırılmış hücum aktına bərabər tutulacaq.

Xatırladaq ki, noyabrın 21-də “The New York Times” qəzeti ABŞ və Avropa ölkələrinin bəzi rəsmilərinin Ukraynanın SSRİ-nin dağılmasından sonra tərk etdiyi nüvə silahlarını Kiyevə qaytarmağı təklif etdiklərini yazmışdı.

Daşqın Həsənov
Missiya.Az


seeBaxış sayı:32
embedMənbə:https://missiya.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri