Ukraynaya sülhməramlı qüvvə göndərməyə hazır olan ölkələrin sayı açıqlanıb
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynaya əhəmiyyətli sayda ölkə sülhməramlı qüvvə göndərməyə hazırdır.
“Report” “Guardian” qəzetinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin rəsmi nümayəndəsi bildirib.
Starmer martın 15-də Ukraynaya dəstək və təhlükəsizlik təminatlarını müzakirə etmək üçün “istəklilər koalisiyası” liderləri ilə onlayn görüş keçirib. KİV Britaniyanın Ukraynada sülhməramlılar yerləşdirmək planlarından xəbər tutub.
“Bu, xeyli sayda qoşun yerləşdirən ölkələr və başqa yollarla töhfə verən geniş bir qrup ölkə ilə əhəmiyyətli bir qüvvə olacaq”, - KİV baş nazirin nümayəndəsindən sitat gətirib.
Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronun 37 ölkəni Ukraynada sülhməramlılar yerləşdirməyə və Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazır olan dövlət koalisiyasını yaratmaq üçün çalışdığı xəbər verilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 17 Mart 2025 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















