Icma.az
close
up
RU
Ulu Öndər azad medianın inkişafına çox böyük töhfələr verib

Ulu Öndər azad medianın inkişafına çox böyük töhfələr verib

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Azərbaycan dövləti bu gün də medianın ayaqda durması üçün əlindən gələni edir

Dünən Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib. Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsiplərinin bu gün də dövlətin informasiya siyasətində və medianın fəaliyyətində öz əksini tapdığını və aktuallığını qoruyub saxladığını qeyd edib. Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsində, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasında Ulu Öndərin əvəzsiz rolu barədə danışıb: "Azərbaycanın sürətli inkişafı, genişlənən quruculuq prosesi, dünyada lider mövqeyinin güclənməsi öz növbəsində media gündəmini də zənginləşdirir. Bununla həm də media öz işini ölkənin dinamik inkişaf tempinə uyğun qurmağa sövq edir. Medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindəndir. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında göstərildiyi kimi Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir". Onun sözlərinə görə, vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq imkanının verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib: “Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Ümummilli Lider Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri bu böyük şəxsiyyəti həmişə qədirbilənliklə anacaqlar".

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə baş tutan "Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri" mövzusunda panel sessiyada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov və Əməkdar jurnalist Vüqar Rəhimzadə tərəfindən Ümummilli Liderin media sahəsində həyata keçirdiyi islahatlar, azad və peşəkar medianın formalaşmasında atdığı əhəmiyyətli addımlar barədə geniş müzakirələr aparılıb və həmin prinsiplərin bu gün də dövlətin media siyasətində əsas istiqamət kimi davam etdirildiyi vurğulanıb. Spikerlər Heydər Əliyevin media sahəsində həyata keçirdiyi islahatlar, azad və peşəkar medianın formalaşmasında atdığı əhəmiyyətli addımlar barədə müzakirələr aparıb və həmin prinsiplərin bu gün də dövlətin media siyasətində əsas istiqamət kimi davam etdirildiyi vurğulanıb.

Noyabr ayında çox vacib bir tarixin - böyük Qələbənin beş illiyinin qeyd olunacağını diqqətə çatdıran Mixail Qusman Medianın İnkişafı Agentliyinin rəhbərliyinə müraciət edərək həmin ərəfədə Prezident İlham Əliyevin Azərbaycan mediasının inkişafındakı rolu ilə bağlı konfrans keçirilməsini təklif edərək deyib: “Düşünürəm ki, bu, çox vacib konfrans olacaq. Üstəlik, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı verdiyi 26 müsahibə peşəkar jurnalist diplomatiyasının ən böyük fantastik nümunəsidir. Bilirəm ki, bu müsahibələrlə bağlı bir kitab nəşr edildi. Lakin mənə elə gəlir ki, Ali Baş Komandanın informasiya sahəsindəki şücaəti ayrıca müzakirə və təhlil olunmalıdır. Belə bir konfrans keçirilsə, xoşbəxt olaram".

Milli Məclisin deputatı Anar İsgəndərov deyib ki, Azərbaycan mediası ölkə həqiqətlərini dünyaya çatdırmaq istiqamətində mühüm fəaliyyət göstərib: "Bu gün ölkəmizdə, sözün əsl mənasında, güclü və nüfuzlu mətbuat mövcuddur. Media ordusu Azərbaycan tarixini və həqiqətlərini dünyaya çatdırmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edib və bu istiqamətdə mühüm fəaliyyət göstərib".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, demokratik dünyanın və demokratik düşüncəyə sahib insanların kəşf etdikləri, arxasında dayandıqları və inkişafına töhfə verdikləri ən vacib sahələrdən biri də mətbuatdır. Komitə sədri qeyd edib ki, cəmiyyət inkişaf etdikcə, bu tərəqqi mətbuat sahəsində də özünü göstərir: "Mətbuatın yaranması, keçdiyi yol və əldə etdiyi uğurlar barədə danışarkən nəzərə almaq lazımdır ki, əgər müstəqilliyimizin tarixi 100 ildən bir qədər artıqdırsa, mətbuatımızın yaranma tarixi onu da qabaqlayır. Bu baxımdan, müstəqil dövlətlərin qurulması, inkişaf etməsi həm də elə mətbuatın əldə etdiyi nailiyyətdir. Azərbaycan mətbuatı özünün ən yüksək inkişaf dövrünü məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində yaşayıb. Ulu Öndərin bu sahədə ən böyük xidmətlərindən biri senzuranın ləğvi olub. Heydər Əliyev hər zaman mətbuatı azad görmək istəyirdi".

Deputat Vüqar Rəhimzadə bildirib ki, mətbuat bayramı təkcə jurnalistlərin yox, həm də xalqımızın bayramıdır. O bildirib ki, jurnalistlərin bayramı həm də cəmiyyətin, vətəndaşların bayramıdır: "Hazırladığımız materialı bütün insanlar üçün hazırlayırıq. Bu bayram həm də bizim xalqımızın bayramıdır. Ulu Öndərimiz Heydər Əliyev hər sahədə olduğu kimi, mətbuata da böyük önəm verirdi. Mətbuata diqqət, qayğı hər zaman hakimiyyətin proritetlərindən olub. Bu gün peşəkar jurnalistika mövzudur. Qarşıda duran bütün işlərin reallaşmasında jurnalistikanın böyük önəmi var. Zaman göstərdi ki, senzuranın ləğv edilməsi çox vacib bir qərar oldu. Bu qərar bu gün jurnalistikanın inkişafına öz töhfəsini verdi. Bu gün Azərbaycan jurnalistikası peşəkar şəkildə fəaliyyət göstərməyi qarşısına məqsəd kimi qoyub və bu yöndə uğur qazanmağa davam edir. Hazırda Azərbaycan jurnalistikası öz mövqeyini çox mütəşəkkil şəkildə ortaya qoya bilir". Tədbirin sonunda “Heydər Əliyevin təhsil siyasəti: jurnalist peşəkarlığının artırılmasında təhsilin rolu” mövzusunda dəyirmi masa keçirilib. Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə baş tutan müzakirədə jurnalistika və kommunikasiya sahəsində çalışan akademik nümayəndələr iştirak ediblər. Diqqətə çatdırılıb ki, Ulu Öndərin təhsil strategiyası çərçivəsində jurnalistika sahəsində peşəkar kadr potensialının artırılması, ali təhsil müəssisələrində sözügedən ixtisasın inkişafı və təkmilləşdirilməsi ilə yanaşı, jurnalistikanın elmi əsaslara söykənən inkişafı üçün vacib islahatlar aparılaraq medianın keyfiyyətinin yüksəldilməsi təmin edilib.

Media eksperti Azər Həsrət Sherg.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, Azərbaycan mediasının bütün məsələlərini bu cür toplantılarda müzakirə etmək ən doğru qərardır. Ekspert vurğulayıb ki, Azərbaycan mediası ötən 150 il ərzində çox böyük sıçrayışla irəli çıxıb: 


"Xüsusən də, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra Azərbaycan mediası sadəcə ölkə içində deyil, dünyada da öz yerini tutmağı bacarıb. Bu gün Azərbaycanın xəbərlərini bizə aid bütün bilgiləri dünya birbaşa özümüzdən, ölkə mediasından alır. Vaxt var idi ki, Azərbaycanın xəbərləri Moskva üzərindən gedirdi və orada da "ələkdən keçirilir", xəbərə əl gəzdirilirdi. Hətta məqsədli dezinformasiyaya çevrilirdi. Bu da nəticə etibarı ilə bizim çox çətin durumla üz-üzə qalmağımıza çıxarırdı. Hazırda Azərbaycan mediası azaddır. Bununla bərabər Azərbaycan dövləti də medianın ayaqda durması üçün əlindən gələni edir. İyulun 8-də keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Biz də uzun illər öncə Heydər Əliyevlə təmasda olmuş, onun media siyasətini içəridən bilən adamlar kimi xüsusi vurğulamaq istəyirik ki, Ulu Öndər həqiqətən də Azərbaycan azad mediasının inkişafına çox böyük töhfələr verib. Sevindiricidir ki, bu gün Prezident İlham Əliyev də eyni kursu, eyni uğurla davam etdirir. Azərbaycanda məsuliyyətli azad mətbuatın formalaşmasına dövlətin mümkün yardımlarını əsirgəmir. Eyni zamanda azad jurnalistikanın fəaliyyəti üçün də ölkə içində yetərincə şərait yaradılıb. Belə bir şəraitdə bu cür toplantıların keçirilməsi, məsələlərin müzakirəyə çıxarılması, çatışmazlıqların müzakirəsi çox vacibdir. Düşünürəm ki, Azərbaycan mətbuatının problemlərini hansısa xarici ölkələrin paytaxtlarında deyil, məhz Bakıda, Azərbaycanın ayrı-ayrı bölgələrində dövlət rəsmilərinin də iştirakı ilə müzakirə etmək ən doğru yöntəmdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyul 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri