Icma.az
close
up
RU
“Ulu Öndər Heydər Əliyev: Keçmişdən Gələcəyə Liderlik və Vizyon” adlı beynəlxalq konfrans keçiriləcək

“Ulu Öndər Heydər Əliyev: Keçmişdən Gələcəyə Liderlik və Vizyon” adlı beynəlxalq konfrans keçiriləcək

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyəti və Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi Lefke Avropa Universiteti ilə birlikdə “Ulu Öndər Heydər Əliyev: Keçmişdən Gələcəyə Liderlik və Vizyon” adlı beynəlxalq konfrans keçirəcək. 


Missiya.Az xəbər verir ki, hər il ŞKTR-da Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmaq və  nümunəvi həyat yolunun xüsusilə tələbələrə aşılanması məqsədi ilə təşkil olunan konfransa bu il 500 universitet tələbəsi dəvət edilib. 

9 May, 2025-ci il tarixində Lefe Avropa Universiteti Hüquq Fakültəsi Konqres Mərkəzində baş tutması planlaşdırılan tədbirdə Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövürdə həyata keçirdiyi mühüm fəaliyyətlərə işıq tutulacaq. 

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri (AKDC) Orxan Həsənoğlu deyib ki, AKDC olaraq fəaliyyətə başladığımız 2012-ci ildən etibarən hər il Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anmaq məqsədi ilə müxtəlif tədbirlər keçiririk: "Bu il keçdiyimiz illərdən fərqli olaraq daha geniş bir auditoriya nəzərdə tutmuşuq. Belə ki, Kiprdə təhsil alan yerli və əcnəbi tələbələrin iştrak edəcəyi geniş bir tədbir təşkil etmişik. Məqsədimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi müstəqillik öncəsi və sonrası dövrü təbliğ etməkdir”. 

Orxan Həsənoğlu həmçinin vurğulayıb ki: “Ümummilli liderin uzaq görənliyi, siyasi vizyonu həm ölkəmizin tanıdılması sahəsində, həm də gənclərin öz gələcəklərini formalaşdırması baxımından mühüm tarixi faktlardır. Bu gün ölkəmizə rəhbərlik edən cənab İlham Əliyevin apardığı yerli və beynəlxalq uğurlu siyasətin təməlində də Heydər Əliyevin strateji hədəfinin izləri var”.

Cəmiyyət sədri vurğulayıb ki, beynəlxalq konfransa ölkəmizdən millət vəkilləri Vüqar Rəhimzadə və Razi Nurullayev qatılacaq və çıxış edəcəklər. O cümlədən Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, ŞKTR parlamentinin sədri Ziya Öztürklər, ŞKTR Nəqliyat, Rabitə və İctimai İşlər naziri Prof.Dr. Ərhan Arıqlı, Lefke Avropa Universitetinin rektoru Professor Məhməd Əli Yüksələn və.s ziyalılar nitq söyləyəcəklər.

Zərintac Mayisqızı 

Missiya.Az 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://missiya.az
archiveBu xəbər 08 May 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see181

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see179

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see150

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see119

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see119

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri