Ulu Öndərə həsr olunan kitab Əlcəzairdə ərəb və fransız dillərində çap edilib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Müasir Azərbaycanın banisi Heydər Əliyev” kitabının Əlcəzairdə ərəb və fransız dillərində çap olunan nüsxələri bu ölkənin ictimaiyyətinə təqdim olunub.
Bu münasibətlə Tipaza valiliyinin binasında keçirilən tədbirdə çıxış edən səfir Tural Rzayev, Ulu Öndərin təməlini qoyduğu siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, iqtisadi müvəffəqiyyətlər, demokratik islahatlar, 30 il davam edən Ermənistan işğalına son verilərək ərazi bütövlüyümüzün təmin edilməsi, ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlər barədə ətraflı məlumat verib.
Tədbirdə Tipaza valiliyinin rəsmiləri, Tipaza vilayətinin ictimai xadimləri və KİV nümayəndələri iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 12 Dekabr 2024 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















