Icma.az
close
up
RU
Ulu Öndərin unudulmayan irsi xalqın qəlbində yaşayır

Ulu Öndərin unudulmayan irsi xalqın qəlbində yaşayır

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan hər il dekabrın 12-də böyük bir sükut içində, dərin ehtiram və minnətdarlıq hissi ilə birləşir. Bu gün yalnız bir tarixi şəxsiyyətin deyil, bir millətin xilaskarının, dövlətimizin qurucusunun, zəmanəmizin fenomen lideri Heydər Əliyevin anım günüdür. Onun həm siyasi, həm tarixi, həm də mənəvi irsi xalqın yaddaşında bir ömürlük möhür kimi qalıb. Heydər Əliyev Azərbaycan üçün təkcə dövlət xadimi deyil, həm də xalqın taleyinə yön verən bir ideya, bir məktəb, bir həyat fəlsəfəsidir. Hər dəfə bu gün gələndə insanlar yalnız onun həyatını deyil, bir milləti uçurumdan çıxaran qətiyyətini, əzmini və dövlətçilik eşqini xatırlayır. Heydər Əliyevin keçdiyi yol yalnız siyasi karyera deyildi. O yol millətin taleyi ilə bir idi, xalqın ağrı-acıları, sevincləri, arzuları ilə yoğrulmuşdu. Onun həyatı boyu göstərdiyi fəaliyyət, idarəetmə mədəniyyəti, dövlətə bağlılığı, xalqına sevgisi onu sadəcə lider yox, “xalqın mənəvi dayağına” çevirdi.

70–80-ci illərdə Azərbaycanın sovet imperiyası daxilində inkişafı, Bakının, Naxçıvanın və digər bölgələrin dirçəlişi, sənaye, kənd təsərrüfatı, mədəniyyətin yüksəlişi – bunlar təsadüfi proseslər deyildi. Bunlar Heydər Əliyevin idarəçilik istedadının, strateji təfəkkürünün nəticəsi idi. O zamanlar Azərbaycan SSR ittifaq daxilində ən geridə qalmış respublikalar siyahısından çıxmış, qabaqcıl iqtisadi-mədəni mərkəzlərdən birinə çevrilmişdi. Bu, xalqın yaddaşında qalan ilk möcüzə idi.

1990-cı illərin əvvəlləri Azərbaycan üçün faciəvi bir dövr idi. Xaos, vətəndaş qarşıdurması, separatizm, iqtisadi çökmə, siyasi böhran digər tərəfdən də, müstəqillik uğrunda verilən canlar. Bütün bunların fonunda Azərbaycan böyük əziyyətlə əldə etdiyi müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üz-üzə idi. Tam belə bir məqamda xalq tək bir insanı – Heydər Əliyevi səslədi. Bu çağırış adi siyasi tələbat deyildi. Bu, bir xalqın fəryadı, kömək istəyi idi. O isə heç nədən çəkinmədən, ömrünün ən çətin, ən ağır, amma ən şərəfli missiyasını qəbul etdi. 1993-cü ilin o taleyüklü günlərində Bakıya gəlişi Azərbaycan üçün dönüş nöqtəsi oldu. Ölkə vətəndaş müharibəsinin astanasından geri döndü, sabitlik bərpa edildi, dövlət institutları quruldu, müstəqillik real məzmuna çevrildi. Bu, onun Azərbaycan tarixindəki “ikinci möcüzəsi” idi.

Heydər Əliyev dövlətin gələcəyini yalnız bu günün deyil, on illərin, yüzillərin perspektivində görürdü. Onun enerji strategiyası, balanslaşdırılmış xarici siyasəti, iqtisadi islahatları sayəsində Azərbaycan bu gün dünya enerji xəritəsinin aparıcı oyunçusuna çevrilib. Bakı–Tbilisi–Ceyhan boru kəmərinin çəkilməsi, "Əsrin müqaviləsi" kimi böyük neft kontraktının imzalanması və digər əhəmiyyətli layihələr, ölkənin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə daxildə isə, iqtisadi inkişafı təmin etməyə xidmət edirdi. Bütün bunlar vizion sahibi bir liderin dövlətçilik baxışının bariz nümunələridir. Ulu Öndərin tətbiq etdiyi bu siyasət bu gün də öz bəhrəsini verir. Azərbaycanın güclənməsi, regional və qlobal miqyaslı layihələrdə iştirakı, müasir ordunun yaradılması, iqtisadiyyatın modernləşdirilməsi əlbəttə ki, Heydər Əliyevin müəyyən etdiyi kursun davamıdır.

Heydər Əliyevin irsi yalnız hesabatlarda, sənədlərdə, kitab səhifələrində deyil – bu irs xalqın qəlbində yaşayır. Onu unudulmaz edən təkcə gördüyü işlər deyil, həm də xalqla münasibəti, sadəliyi, səmimiyyəti və millətinə sonsuz sevgisi idi. O, hər kəsə yaxın bir lider idi – gəncə də, qocaya da, ziyalıya da, sadə kənd adamına da. Hər kəs onun gözlərində dövlətə inamı, gələcəyə ümid işığını görürdü. Bu gün də onun xatirəsi və Prezident cənab İlham Əliyevin mükəmməl siyasi fəaliyyəti insanlarda eyni duyğunu oyadır – “inamı, iradəni, vətən sevgisini”.

12 dekabr tarixi – bu, təkcə anım günü deyil. Bu gün Azərbaycan öz Liderini xatırlayaraq həm də öz gücünü, öz tarixini, öz kimliyini bir daha dərk edir. Heydər Əliyev Azərbaycan üçün yalnız keçmişin simvolu deyil – bu günün də, gələcəyin də yol göstəricisidir. Onun yaratdığı dövlət idarəçilik məktəbi bu gün də ölkənin siyasi kursunun əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan məhz Ulu Öndərimizin ən böyük arzusu olan torpaqlarımızı düşmən işğalından azad edərək suverenliyimizi tam bərpa etdi. Eyni zamanda ölkəmiz həmin yolun davamı olaraq güclənir, inkişaf edir, regionun aparıcı dövlətinə çevrilir.

Heydər Əliyevin həyat yolu Azərbaycan xalqına həsr olunmuş bir ömür idi. O ömür Azərbaycanın taleyini dəyişdi, bu ölkəyə sabitlik, inkişaf, güvən və gələcək bəxş etdi. Bu gün Azərbaycan xalqı onun xatirəsini dərin ehtiramla yad edir və böyük liderin mirasını qorumağa davam edir. O, yalnız xalqımızın tarixində deyil, ürəyində də əbədi yaşayacaq.

Şahmar Həsənov,

Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri