“Ümid edirəm ki, bir gün yığmanın formasını geyinə biləcəyəm”
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İmişli” Misli Premyer Liqasının VI turunda “Sabah”a məğlub olub – 1:3.
Bölgə təmsilçisinin hücumçusu Seyxan Fərəcov matçla bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:
– Son dəqiqələri dramatik keçən oyunda “Sabah” səfərindən xalsız qayıtdınız. Yaxşı nəticə üçün nə çatmadı?
– “Sabah”la oyunun ağır olacağını bilirdik. Güclü rəqibə qarşı mübarizə apardım. Məqsədimiz xal və ya xallar qazanmaq idi, amma alınmadı. Ümumi götürəndə, düşünürəm ki, pis oynamadıq. Fərqi azaltmağı bacardıq, irəli atıldıq ki, ikinci qolu vuraq, amma alınmadı.
– 6 turda 4 xal toplamısınız. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
– Fikirləşirəm ki, bir az bəxtimiz gətirsəydi, daha çox xal qazana bilərdik. Bəzi matçlarda yaxşı şanslarımızı dəyərləndirə bilmədik. İnşallah, növbəti oyunlarda qələbələr qazanarıq.
– Millidən kənarda qaldın. Dəvət alacağınla bağlı ümidin var idi?
Baş məşqçinin fikrinə hörmətlə yanaşıram. Üzərimdə çox işləyib, çox qol vursam, milliyə dəvət ala bilərəm. Buna ürəkdən inanıram.
– Mövqeyində Renat Dadaşov, Mahir Emreli, Musa Qurbanlı kimi oyunçular var. Bu mövsüm Renatdan daha çox oynamısan, qol vurmusan. Amma yığmaya o dəvət aldı, siz yox. Məyus deyilsiniz?
– Premyer Liqada bu il debüt etmişəm. Milliyə düşmək üçün çox çalışmaq lazımdır. Mövqeyimdə rəqabət güclüdür. Ümid edirəm ki, bir gün yığmanın formasını geyinə biləcəyəm.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 24 Sentyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















