Distant təhsil tətbiq ediləcəksə, dövlət şagirdləri texniki vasitələrlə təmin etməlidir TƏKLİF
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
"Prinsip etibarilə distant təhsil nə mütləq müsbət, nə də tamamilə mənfi yanaşmadır. Burada əsas məsələ onun harada, hansı şərtlərlə və necə tətbiq olunmasıdır. Şagird sayı az olan məktəblərdə distant təhsil müəyyən mənada iqtisadi baxımdan əsaslandırıla bilər. Çünki 5–10 şagird üçün ayrıca bina saxlamaq, texniki avadanlıq təmin etmək və müəllim heyəti ayırmaq dövlət üçün əlavə yük yaradır".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O bildirib ki, bəzi kənd məktəblərində bir müəllimin eyni vaxtda bir neçə fənni formal şəkildə tədris etməsi təhsilin keyfiyyətini aşağı salır:
"Distant format vasitəsilə daha ixtisaslı müəllimlərin dərs prosesinə cəlb edilməsi mümkündür. Lakin bu model ciddi risklər də yaradır. Aşağı sinif və əsas təhsil pilləsində oxuyan şagirdlər üçün distant təhsil həm təlim, həm də tərbiyə baxımından zəif nəticə verə bilər. Regionlarda internetə çıxış, kompüter və digər texniki vasitələrin çatışmazlığı real problemdir.
Məktəb təkcə bilik verilən yer deyil, eyni zamanda uşaqların sosiallaşdığı mühitdir. Distant format bu prosesi ciddi şəkildə məhdudlaşdırır. Bütün bölgələrdə internetin keyfiyyəti eyni səviyyədə deyil, hər ailənin kompüter və ya uyğun texniki imkanı yoxdur. Bəzi ailələr üçün hətta internet xərclərini qarşılamaq belə çətindir".
Ekspert deyib ki, əgər distant təhsil tətbiq ediləcəksə, bu zaman dövlət şagirdləri texniki vasitələrlə təmin etməlidir:
"Resurslar ayrılarkən hər bir şagirdin kompüter və stabil internetə çıxışı təmin olunmalıdır. Əks halda bu model bərabərsizliyi daha da dərinləşdirəcək.Hesab edirəm ki, distant təhsil ibtidai və əsas siniflər üçün effektiv deyil. Bu yaş qrupunda olan uşaqlar hələ belə bir təhsil formasına hazır deyillər. Onların üzbəüz ünsiyyətə, müəllim nəzarətinə və sosial mühitə ehtiyacı var. Ailə nəzarəti, ünsiyyət və davranış problemləri də bu mərhələdə daha qabarıq şəkildə ortaya çıxır".
Onun sözlərinə görə, məktəblərdə distant təhsil yalnız istisna və məcburi hallarda, çox məhdud çərçivədə tətbiq edilməlidir:
"Şagird sayı az olan ərazilərdə alternativ həll yolları tapılmalı, məsələn, nəqliyyatın təşkili və ya digər mexanizmlər nəzərdən keçirilməlidir. Unutmaq olmaz ki, uşaqların təhsil almaq hüququ var və bu hüquq Konstitusiya ilə qorunur. Heç bir texniki və ya inzibati səbəb bu hüququn məhdudlaşdırılmasına əsas ola bilməz. Dövlət bu hüququ təmin etmək üçün bütün zəruri şəraiti yaratmalıdır".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Distant təhsil alanların vergi yükü azaldılmalıdır Deputatdan TƏKLİF
27 Noyabr 2024 13:46
Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar
25 May 2025 09:41
Müəllimləri distant təhsilə hazırlamalıyıq Elmin Nuridən TƏKLİF
12 Dekabr 2025 14:47
Azərbaycanda distant təhsil QANUNİLƏŞİR
16 Noyabr 2024 11:52
Baxış sayı:84
Bu xəbər 18 Dekabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları