Icma.az
close
up
RU
Umud Rəhimoğluna qeybdən gələn... zəng

Umud Rəhimoğluna qeybdən gələn... zəng

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən həftənin cümə günüydü. Mətbuat Şurasında şair-publisist, ictimai xadim Umud Rəhimoğlunun şərəfinə bir məclis qurulmuşdu.

Məclisə kim gəlmişdisə, hamısı bir-bir danışdı; xatirələr söyləndi, təriflər deyildi, xoş arzular, dualar "havada uçuşdu".

Qarabağ Dirçəliş Fondunun rəhbəri, jurnalist Rəhman Hacıyev dedi: "Umud Rəhimoğlunun rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BANF) ofsinə getmişdim. Orda mənə bir zəng gəldi, o zəng mənim həyatımı dəyişdi".

Zəngin kimdən gəldiyi, nə zəng olduğu bilinmədi; Rəhman Hacıyev dedi: "Deməyəcəm...". Anlamaq çətin deyil ki, "yuxarı"dan gəlmiş çox XEYİRLİ bir zəng olub.

MŞ sədri Rəşad Məcid məclis iştirakçılarına dedi: "Bundan sonra BANF-ın ofisinə tez-tez gedn, bəlkə sizə də zəng gələr".

Amma sən demə tez-tez gedənlər varmış. Onlardan birinin - Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, yazıçı-publisist Natiq Məmmədlinin replikası çox maraqlı oldu. Dedi: "Mən də dəfələrlə BANF-ın ofisində olmuşam, ancaq orda mənə zəng gəlməyib..."

Hərçənd Natiq Məmmədliyə o ZƏNG çoxdan gəlib; ona həm Yerdə vəzifə verilib, həm də Göydən VƏZİFƏ göndərilib. Yazmaqdan, yazıçılıqdan böyük vəzifəmi var, atam-qardaşım?!

Nə isə. Mövzumuz hələ ki Natiq Məmmədli deyil (bu yazının müəllifinə ömür vəfa etsə, altmış beş yaşında ondan da nəsə yazar. Söz!)

Bir sözlə, kimə harda, nə vaxt, kimdən, nə kimi zəng gəlib, ya gəlməyib, bunları bir yana qoyaq. Əsas odur, zamanında Umud Rəhimoğluna qeybdən bir zəng... gəlib. Ona "yuxarı"nın da yuxarıından deyiblər: "Sən yaşından asılı olmayaraq, ağsaqqalsan".

Hətta saqqal saxlamasa da belə, Umud Rəhimoğlu bu missiyanı öz üzərinə götürüb. "Boynuna düşüb" deməyək, boynuna alıb deyək. Hamının Umudu olmaq kimi bir savabı... könüllü olaraq boynuna götürüb ki, hər iki dünyada MÜKAFATı... "ağır" olsun. Amma bu ağırlıqdan da özü heç vaxt gileylənmir, deyinmir.

Ağsaqqallıq iddiası hamıda ola bilər, imkan çox adamda olar, amma onu hər adam daşıya bilməz. Özü də cavan yaşından üzübəri.

Vüqar Rəhimzadə bununla bağlı maraqlı bir xatirə danışdı. Xalq artisti, kaman ustası Habil Əliyev jurnalist Seymur Verdizadədən Mətbuat Şurasına şikayət edibmiş. Şuranın İdarə Heyətinin üzvləri Habil Əliyevdən xahiş edirmiş ki, Seymur Verdizadəni bağışlasın, o da imtina edirmiş. Ancaq Umud Rəhimoğlunun xahişini xalq artisti yerə salmayıb, deyib: "Bu ağsaqqalın sözünü yerə salmayacam ki!"

Danışanların bir neçəsi dedi ki, Umud Rəhimoğlunun onlara köməyi dəyib. Sözün düzü, bu sətirlərin müəllifinə, yaxud təmsil olunduğu media orqanına Umud Rəhimoğlunun heç bir köməyi dəyməyib, bizim də ona bir köməyimiz olmayıb. Onun bizdən, bizim də ondan umacağımı, şəxsi xahişimiz olmayıb. Çünki əsas məsələ bu deyil, başlıcası, cəmiyyətə faydası toxunub. Biz adamları bizə olan münasibətinə görə deyil, cəmiyyətə, ictimai maraqlara göstərdiyi xidmətlərə görə qiymətləndiririk.

Umud Rəhimoğlu həqiqətən hamının, ya da çox adamın Umududur ya yox?! Ona yaraşdırılan bu missiyasını özü seçibmi, ya da bunun üçün xüsusi olaraq (qeybdən zənglə!) seçilibmi - bunun elə bir fərqi yoxdur. Mühüm olan, dediyim kimi, missiyanı təmənnasız daşıya bilməkdir. Bəlkə təsadüf deyil: onun 65 illiyinə həsr olunmuş kitabın adı da belə qoyulub: "Təmənnasız missiya". Kitabın müəllifi Gülşən Behbuddur. Ancaü şair-publisist Vaqif Bəhmənlinin də əməyi danılmadı.

Mən orda da dedim, burda da yazıram: insanlar həyatının bir dövründə daha çox kitab oxuyur, sonra bir qism adam oxumağı davam etdirsə də, həyatının bir dövründə özü də kitab yazır. Ancaq elə adamlar var, onun özü haqqında kitab yazılır. Başqa sözlə, adam kitab oxuya-oxuya, kitab yaza-yaza, ya da öz uğurları ilə tarix yaza-yaza özü də dönüb canlı kitab olur. Çox şey bilənə "canlı ensiklopediya" deyirik. Çox şey yaşayanın (həm də uğurla yaşayanın!) həyatını "şanlı epopeya" da adlandırırlar, elə deyilmi?!

O gün Umud Rəhimoğlunun haqqında danışanlar onun sözlə portretini elə, bax, bir az əvvəl dediyim kimi yaratdılar: "epopeya". Ancaq bir rəssam Umud Rəhimoğlunun həqiqətən portretini yaratmışdı və yubilyara hədiyyə olaraq Mətbuat Şurasına gətirmişdi. Adını unutduğum rəssam hədiyyəsini açıqlayanda, Rəşad Məcid zarafatla dedi: "Gətir, görək, Umud müəllimin özünə oxşayır?!"

Portreti göstərdilər, zahirən özünə oxşayırdı, ya yox, onu deməyəcəm, önəmli deyil. Önəmli olan adamın özünün özünə oxşamağıdır. Bu sənət əsəri də, təbii ki, Umud Rəhimoğlundan ötrü çox böyük mənəvi dəyər daşıyacaq, hətta özünə az oxşasa belə, ruhunu çox oxşayacaq.

Ən azı daha 65 il!

Bir sözlə, cümə günü keçirilən məclis Umud Rəhimoğlunun yubileyinə yaraşan bir məclis oldu. Hər kəs Umud Rəhimoğlunun torpaq sevgisindən, tükənməyən enerjisindən, işğüzarlığından, xeyirxahlığından danışırdı.

Təriflər deyilib qurtaranda Rəşad Məcid Umud Rəhimoğlunun övladına - Oğuza üzünü tutub soruşdu: "Eşitdiklərindən təəccübləndin, yoxsa təsirləndin?" O da cavab verdi: "Təəccüblənmədim, amma təsirləndim".

Bu cavabın özü də təəccüblü deyildi, amma təsirli idi...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 Fevral 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri