Icma.az
close
up
RU
Ümumdünya Şəhərsalma Forumu: davamlı inkişafın yeni çağırışları

Ümumdünya Şəhərsalma Forumu: davamlı inkişafın yeni çağırışları

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycanın müasir inkişaf strategiyasının mahiyyətini, milli-mənəvi dəyərlərə söykənən şəhərsalma siyasətini və gələcəyə hesablanmış dövlət baxışını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bu çıxış yalnız şəhərsalma məsələlərinə dair siyasi mövqe kimi yox, eyni zamanda Azərbaycanın müasir dövlət fəlsəfəsinin təqdimatı kimi böyük əhəmiyyət daşıyır.

Bu gün Bakı qədim tarixlə müasirliyin harmoniyasını özündə birləşdirən nadir dünya şəhərlərindən biridir. Bir tərəfdə əsrlərin yaddaşını yaşadan İçərişəhər, digər tərəfdə isə müasir memarlıq nümunələri, innovativ urbanizasiya layihələri və dayanıqlı şəhər mühiti Azərbaycanın inkişaf modelinin necə balanslı şəkildə qurulduğunu nümayiş etdirir. Tarixi irsin qorunması ilə müasir infrastrukturun paralel inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq uğurla həyata keçirilir. Bu yanaşma yalnız memarlıq baxımından yox, həm də milli kimliyin və mədəni yaddaşın qorunması baxımından xüsusi strateji əhəmiyyət daşıyır.
Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə şəhərsalma sahəsində regionun aparıcı ölkəsinə çevrilib. Ölkəmiz artıq yalnız öz daxilində quruculuq prosesləri həyata keçirən dövlət kimi yox, beynəlxalq şəhərsalma platformalarında təşəbbüslərlə çıxış edən, qlobal urbanizasiya çağırışlarına töhfə verən etibarlı tərəfdaş kimi qəbul olunur. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də bu istiqamətdə həyata keçirilən siyasətin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Bu qərar şəhərsalma mədəniyyətinin inkişafı, milli memarlıq ənənələrinin qorunması və dayanıqlı yaşayış konsepsiyasının gücləndirilməsi baxımından mühüm strateji addımdır.
Forum çərçivəsində Azərbaycanın qədim şəhərlərinin tarixi-mədəni irsi və memarlıq ənənələrinin xüsusi vurğulanması da böyük qürur hissi doğurur. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və xüsusilə Şuşa kimi şəhərlərimiz əsrlər boyu formalaşmış yüksək memarlıq məktəbinin, zəngin mədəni irsin və milli dövlətçilik tariximizin canlı nümunələridir. Bu şəhərlərin qorunması və gələcək nəsillərə çatdırılması milli irsə verilən dəyərin göstəricisidir.
Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri isə dünya şəhərsalma tarixində xüsusi əhəmiyyətə malik nümunələr sırasında yer alır. Qısa zaman ərzində inşa olunan yollar, tunellər, körpülər, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və sosial infrastruktur layihələri Azərbaycanın güclü siyasi iradəsini və dövlət potensialını açıq şəkildə nümayiş etdirir. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən bu layihələr yalnız quruculuq prosesi yox, həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi və vətəndaş həmrəyliyinin təcəssümüdür.
Eyni zamanda, Bakıda və digər şəhərlərimizdə ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər xüsusi diqqətə layiqdir. Uzun illər ekoloji problemlərlə üzləşən ərazilərin bu gün müasir park və istirahət məkanlarına çevrilməsi, yaşıllıq zonalarının genişləndirilməsi, ekoloji nəqliyyat sistemlərinin tətbiqi və insan amilinin şəhərsalma siyasətinin mərkəzinə yerləşdirilməsi Azərbaycanın “yaşıl şəhər” konsepsiyasına verdiyi önəmin bariz nümunəsidir. Bu siyasət ölkəmizdə urbanizasiya prosesinin yalnız texniki inkişaf üzərində yox, insan rifahı və sağlam yaşayış prinsipləri əsasında qurulduğunu göstərir.
Hesab edirəm ki, Ümumdünya Şəhərsalma Forumu 13-cü Sessiyasının məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, regional liderlik mövqeyinin və dayanıqlı inkişaf modelinin dünyaya təqdimatı baxımından mühüm hadisə oldu. Bu mötəbər platforma ölkəmizin şəhərsalma, memarlıq, ekoloji inkişaf və müasir yaşayış konsepsiyası sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə daha geniş tanınmasına ciddi töhfə verəcək. Azərbaycan bu gün yalnız inkişaf edən ölkə yox, həm də gələcəyin şəhərlərini formalaşdıran dövlətlərdən biri kimi dünya miqyasında öz nüfuzunu daha da möhkəmləndirir.

Fatma Yıldırım
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 May 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri