Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Ümummilli hərəkatın geosiyasi aspektinin tədqiqi

Ümummilli hərəkatın geosiyasi aspektinin tədqiqi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tarixən Azərbaycan ərazisi olmuş, qədimdən azərbaycanlıların yaşadığı və indi “Ermənistan” adlanan məkanın geosiyasi faktor olaraq tədqiqinə həsr edilmiş növbəti dəyərli əsər “Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” adlanır. Kitabın müəllifi Kamal Adıgözəlov bu əsərində sistemli yanaşma çərçivəsində Qərbi Azərbaycanın ontoloji dərki və müasir beynəlxalq münasibətlər sistemində Qərbi Azərbaycan məsələsinin məzmun və mənasını bir-biri ilə əlaqəli şəkildə araşdırmışdır. Kitabda Azərbaycan rəhbərliyinin bu istiqamətdə yürütdüyü siyasət və Qərbi Azərbaycan İcmasının fəaliyyəti kontekstində təhlillər aparılmışdır.

Tədqiqat tarixi ədalət və obyektivlik prinsipinə əsaslanır. Kitabın strukturu və məntiqi özəlliyi bu iki kriteriyaya əsasən müəyyən edilmişdir. Tədqiqat predmetinin adekvat dərki üçün əsərin strukturu ilə məntiqi tədqiq üsulu ahəngdarlıq təşkil edir. Belə ki, kitabın I fəslində Qərbi Azərbaycanın ontoloji dərkinin təməlini təşkil edən tarixi aspekt araşdırılır. Burada göstərilir ki, Qərbi Azərbaycan məsələsini geosiyasi məkan kimi adekvat dərk etməkdən ötrü XVII əsrin ikinci yarısından başlayaraq Qərbin böyük imperialist dairələri ilə Rusiya imperiyasının türk dövlətçiliyinə qarşı yürütdükləri siyasətin incəliklərinə varmaq zəruridir. Bu başlıca məqamı tədqiqatın təməl hissəsindən çıxarsaq, nə Qərbi Azərbaycanın ontoloji anlamda gerçək dərkinə nail ola, nə də müasir beynəlxalq münasibətlərdə Qərbi Azərbaycan məsələsinin əsl mahiyyətini sərgiləyə bilərik.

Qarşıya qoyulmuş vəzifələri həll etmək üçün kitabın “Giriş” hissəsində başlıca tədqiqat istiqamətləri müəyyən edilmiş, yanaşma xüsusiyyətləri vurğulanmışdır. Bu yanaşma klassik və müasir geosiyasətin başlıca məktəblərinin (realizm, liberalizm və konstruktivizm) qısa təhlili əsasında onların təməl prinsiplərinin sintezində Azərbaycan dövlətçiliyi üçün vacib olan şərtlər çərçivəsində müəyyən edilmişdir. Burada sabit dövləti faktor kimi Azərbaycan dövlətçiliyi, dinamik parametrlər qismində isə dəyişkən kənar təsirlər götürülür.

Bu kontekstdə I fəsildə tarix və siyasətin qarşılıqlı əlaqəsi, Azərbaycan ərazilərinə imperialist dairələrin demoqrafik ekspansiyası və bunun fonunda yerli azərbaycanlıların həmin ərazilərdən kütləvi deportasiyası, onların total qırğınlara məruz qalmaları və boşalan Azərbaycan (Türk) yaşayış yerlərinə kənardan ermənilərin gətirilməsi təhlil edilir. Bu prosesin təqribən 250 il ərzində sistemli aparıldığı əsaslandırılır. Bir neçə mərhələyə bölünən həmin prosesdə imperialist dairələrin öncə ermənilərin təşkilatlanmamış fəaliyyətini təşkil etmələrinin, sonra isə onları terror təşkilatlarında birləşdirərək daha mütəşəkkil halda vəhşiliklər törətmələri üçün geniş imkanlar yaratmalarının ”geosiyasi, siyasi və demoqrafik antidövləti anatomiyası” araşdırılır.

Qeyd edilənlər fonunda XX əsrin əvvəllərində Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsinin özünəməxsus məqamlarına diqqət yetirilir. I fəslin yekunu kimi göstərilir ki, əsrlərlə davam edən qərəzli yanaşma sayəsində həm Qərbi Azərbaycanın ərazi kimi geosiyasi təqdimatı gerçəklikdən uzaq olmuş, həm də uzun müddət imperialist dairələr tərəfindən Qərbi Azərbaycan məsələsinin beynəlxalq miqyasda qəbulu əngəllənmişdir.

Sonrakı fəsillər bu təməl tezisin müxtəlif aspektlərdə təhlili və yekun izahları ilə xarakterizə olunur. II və III fəsillərdə problemin təhlili həm geosiyasi xarakteristikanın dərki, həm də proseslərin zaman xronologiyası aspektlərində mərhələlər üzrə aparılmışdır.

II fəsildə 1920-1953-cü illərdə Qərbi Azərbaycana ərazi kimi göstərilən ədalətsiz münasibət və bunun beynəlxalq aləm tərəfindən qətiyyən nəzərə alınmaması ilə yanaşı, həmin müddətdə SSRİ tərkibində Azərbaycana qarşı siyasi, ideoloji və demoqrafik aspektlərdə göstərilən çox qərəzli, amansız və təcavüzkar münasibət tədqiq edilmişdir. Bu çərçivədə 1920-1939-cu illər və 1948-1953-cü illər xüsusi mərhələlər kimi ayrılmışdır. Göstərilmişdir ki, hər iki mərhələdə SSRİ daxilində azərbaycanlılar Qərbi Azərbaycandakı (bu ərazi SSRİ tərkibində artıq “Ermənistan” adlandırılırdı və ümumiyyətlə, “Qərbi Azərbaycan” ifadəsi heç bir halda işlənmirdi) qədim yurdlarından deportasiya olunmuşlar.

Azərbaycandan 29 min kvadratkilometrdən çox ərazi iki mərhələdə qanunsuz alınaraq ermənilərə verilmişdir. 100 minlərlə azərbaycanlı Azərbaycan SSR-in müxtəlif yerlərinə deportasiya olunmuşdur. Nəticədə, Qərbi Azərbaycanda süni olaraq ermənilərin demoqrafik üstünlüyü təmin edilmişdir. Kitabda bütün bunlara öncə Millətlər Liqasının, sonra isə BMT-nin laqeyd münasibətinin geosiyasi qiymətləndirilməsi verilmişdir. Bu zaman ulu öndər Heydər Əliyevin həmin dövrdəki proseslərə verdiyi siyasi qiymət əsas götürülmüşdür.

Əsərin özəlliklərindən biri ondan ibarətdir ki, II fəsildə 1948-1953-cü illərdə Qərbi Azərbaycan və Qərbi azərbaycanlılar məsələsinə münasibətin geosiyasi konteksti xüsusi araşdırılır. Burada problem “deportasiya” anlayışı və onun “geosiyasi dili”nin anlamı, mədəniyyət və mənəvi-psixoloji soyqırımının özəllikləri, kadr soyqırımının mahiyyətcə “yenilənməsi” prosesləri ilə qarşılıqlı əlaqədə nəzərdən keçirilmişdir.

Bununla II fəslin sonunda Moskvanın 1989-cu ildən etibarən getdikcə daha da genişlənən ayrı-seçkilik xətti kontekstində Qərbi Azərbaycan məsələsinə geosiyasi faktor və beynəlxalq münasibətlərin subyekti kimi baxmaq üçün məntiqi çıxış əldə edilmişdir. Burada konkret olaraq dağılmaqda olan SSRİ ilə yanaşı, demokratiya və liberalizmdən danışan Qərbin böyük dövlətlərinin Azərbaycana müstəqil dövlət, Qərbi Azərbaycana tarixi ərazimiz və Qərbi azərbaycanlılara təbii hüquqları kobud şəkildə pozulan qövm kimi qərəzli münasibətinin geosiyasi aspektinin təhlili üçün nəzəri-metodoloji baza yaradılmışdır. Bu, əsərin IV fəslində öz geosiyasi-nəzəri ifadəsini tapmışdır.

Bunun üçün Millətlər Liqası və BMT-nin qaçqınlar, deportasiya olunmuşlar haqqında qəbul etdikləri sənədlərə nəzər yetirilmişdir. Bu iki beynəlxalq təşkilatın qaçqınlarla bağlı qəbul etdikləri bir neçə sənəddə nə “Qərbi Azərbaycan”, nə də “Qərbi azərbaycanlılar” ifadələrinə rast gəlinir. Əsərdə bu cür total laqeydliyin təsadüfi olmadığı, bunun həmin beynəlxalq təşkilatların qaçqınlar məsələsinə birtərəfli, qərəzli yanaşmalarının birbaşa nəticəsi olduğu əsaslandırılmışdır. Bədnam “907-ci düzəliş” də məhz bu cür yanaşmaların nəticəsi olmuşdur. Bununla əsərdə Qərbi Azərbaycanın geosiyasi məkan və Qərbi azərbaycanlıların tarixdə görünməmiş vəhşilik və amansızlıqla öz yurdlarından qovulmasının dünya miqyasında yenidən qiymətləndirilməsi zərurəti tam aydınlaşmışdır. Məsələnin IV fəsildə təqdim olunan kontekstdə qoyuluşu ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycan məsələsinin beynəlxalq miqyasda izahına məntiqi keçid üçün zəmin yaratmışdır. Əsərdə bu məqama xüsusi diqqət yetirilir və məhz bu, kitabın əsas ideya xəttini təşkil edir.

Heydər Əliyev tarixi faktlar, ədalətli yanaşmalar, Azərbaycanın müstəqil dövlətçiliyinin demokratiya və hüquqi çərçivədə inkişafı naminə Qərbi Azərbaycan məsələsinin beynəlxalq münasibətlər sistemində adekvat anlamı üçün sistemli fəaliyyət göstərmək zərurətini qətiyyətlə gündəmə gətirmişdir. Kitabda bu tezisin işığında Ümummilli liderin Qərbi Azərbaycanla bağlı fəaliyyəti elmi əsaslara uyğun təhlil edilmiş və bu qənaət ortaya qoyulmuşdur ki, Qərbi Azərbaycan məsələsinə Heydər Əliyev yanaşması tam obyektiv, ədalətli, hüquqi və sülhsevərdir. Həmin səbəbdən bu yanaşma bundan sonra da inkişaf etdirilməlidir. Bu kontekstdə VI fəsildə Böyük Qayıdışın tədqiq edilməsi tam məntiqi görünür. Çünki bu proses Heydər Əliyev yanaşmasının milli maraqlar müstəvisində reallaşmasının birbaşa təcəssümüdür. Fəsildə Azərbaycan dövlətçiliyinin yeni statusu 200 il davam edən və Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilməyən ədalətsizliyin nəticələri işıqlandırılmışdır. Bunlarla yanaşı, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının məqsəd və prinsipləri tarixi və hüquqi aspektlərin sintezində təhlil edilmişdir.

VI fəslin yekun qənaətlərindən biri bütün bunların Azərbaycanı, faktiki olaraq, yeni dövlətçilik siyasəti səviyyəsinə yüksəltməsi həqiqətidir. VII fəsil Prezident İlham Əliyevin fəaliyyəti kontekstində vurğulanan yeni geosiyasi məqamların izahına həsr edilmişdir. Bu fəslin ”Qərbi Azərbaycan Prezident İlham Əliyevin yeni tarixi mərhələdəki dövlətçilik siyasəti kontekstində” adlandırılması həmin yanaşma özəlliyindən qaynaqlanır.

Bu fəsildə Prezident İlham Əliyevin məqsədyönlü, müstəqil və milli maraqlara əsaslanan yanaşması sayəsində Qərbi Azərbaycan məsələsinin beynəlxalq etirafı, tarix, hüquq və ədalətin təntənəsi xüsusi araşdırılmışdır. Bunun fonunda isə Azərbaycan dövlətinin sülhsevər mahiyyəti məlum ”5 əsas prinsip”in hüquqi və geosiyasi məzmunu kontekstində tədqiq edilmişdir. Fəsildə bu əsasda Qərbi Azərbaycan məsələsi ilə bağlı yeni reallığın formalaşdığı təsbit edilmişdir. Burada üç başlıca faktor işığında yekunlaşdırıcı qənaətlər əldə edilmişdir. Onlar qanunun aliliyi, dünya miqyasında insan hüquqlarının təmini və dövlətlərarası iddialardan sülh naminə imtina ilə bağlıdır.

Nəhayət, əsərdə vurğulanan bütün mühüm geosiyasi məqamlar prizmasından yekun fəslin ”Qərbi Azərbaycan İcması: milli və beynəlxalq miqyasların vəhdəti” adlandırılması kitabın struktur və idraki-funksional özəlliyinə tam uyğundur. Çünki Qərbi Azərbaycanın həm ontoloji fakt kimi, həm də beynəlxalq münasibətlər sisteminin yeni elementi kimi tədqiqində Qərbi Azərbaycan İcmasının yeri və rolu xüsusi əhəmiyyət kəsb edir. Bütün bu kimi mühüm geosiyasi faktorların kontekstində əsərdə Qərbi Azərbaycan İcmasının beynəlxalq münasibətlərin subyekti olmaq istiqamətində həyata keçirdiyi sistemli və davamlı fəaliyyət, ölkə daxilində diplomatik korpusun iştirakı ilə keçirdiyi tədbirlər, xaricdə beynəlxalq təşkilatlardakı fəaliyyəti, parlament, media, elm və hüquq sahələrində atdığı sinxron addımlar mövcud imkanlar daxilində təhlil edilmişdir. Bu əsasda İcmanın fəaliyyətinin səmərəliliyi, onun perspektivləri haqqında dəqiq təsəvvürlər əldə etmək mümkün olmuşdur.

Əsərin ”Nəticə” hissəsində hər bir fəsil üzrə gəlinən qənaətlər kitabın ümumi elmi məqsədi kontekstində vahid məntiqi müstəvidə ümumiləşdirilmişdir. Burada tədqiqatın ana xəttini Heydər Əliyevin Qərbi Azərbaycana verdiyi qiymət, Prezident İlham Əliyevin siyasi varislik prinsipi əsasında həmin yanaşmanı uğurla inkişaf etdirməsi təşkil etmişdir. Bu kontekstdə Qərbi Azərbaycan İcmasının fəaliyyətinə müxtəlif aspektlər üzrə yekun qiymət verilmişdir.

Hikmət BABAOĞLU,
Milli Məclisin deputatı,
siyasi elmlər doktoru, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri