Icma.az
close
up
RU
Ümummilli liderin müstəqil dövlət quruculuğu

Ümummilli liderin müstəqil dövlət quruculuğu

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ulu öndərin ruhu bizimlədir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı çox anlamlarda tarixi hadisə oldu. Prezident İlham Əliyev tədbirdəki dərin məzmunlu nitqində 1993-cü ildən başlayaraq müasir Azərbaycanda müstəqil dövlət quruculuğunun tam mənzərəsini dəqiq və dolğun təqdim etdi. Zamanca qısa bir müddətdə kifayət qədər uğurlu addımdır.

Dövlət başçısı nitqində həm müstəqillik mərhələsində görülən işlərin əsl mahiyyətini, həm də qarşıda duran vəzifələri dolğun ifadə etdi. O sırada ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki bu qiymətləndirmə həm keçən əsrin 90-cı illərinin Azərbaycanla bağlı siyasi və geosiyasi mənzərəsinin bu günün şərtləri işığında daha adekvat dərkində əvəzsiz rol oynayır, həm də hazırda dövlətçiliyimzlə bağlı obyektiv mənzərənin prizmasında gələcək vəzifələrin müəyyən edilməsində mayakdır.

YAP-ın VIII Qurultayı Prezident İlham Əliyevin nitqinin məzmunu aspektində Ulu öndərin ruhunun partiyanın fəaliyyətində və bütövlükdə, bu günümüzdə dərindən nur saçdığını bir daha təsdiqləyir. Bu tezisin konkret siyasi və geosiyasi mənası üzərində geniş dayanmağa böyük ehtiyac vardır.

Böhranlı situasiyada cəmiyyətin sifarişi

Prezident İlham Əliyev nitqində ifadə etmişdir: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı, faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi. Çünki o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü”.

Azərbaycan xalqı ölkə, dövlət və cəmiyyət üçün ən böhranlı vəziyyətdə dahi lideri Heydər Əliyevə üz tutdu. Bunun üçün dövlətin taleyini düşünən insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşdilər. YAP-ın yaradılması isə başda Ulu öndər olmaqla Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin siyasi institutlaşmasını, fəaliyyətin mükəmməl təşkilatalanmasını və davamlı olmasını təmin etdi. 1993-cü ilin 3 oktyabr tarixi bu kontekstdə mustəqil Azərbaycan dövlətinin inkişafının geridönməz olacağının və əbədi olaraq zirvələr fəth edəcəyinin bünövrəsi və rəmzi oldu. Çünki Ulu öndər həmin tarixdə xalqın çox böyük dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndərin Prezident seçilməsi mahiyyətcə çox əlamətdar hadisə idi. Bu fikri Azərbaycanda dövlət quruculuğunun xronologiyası və onda ifadə olunan əsas məzmun sübut edir.

Ümummilli lider Heydər Əliyev, faktiki olaraq, uğurlu müstəqil dövlət quruculuğu kursunun kompleks faktorlarını müəyyən edərək, onları eksklüziv olaraq reallaşdırmağa başladı. Bu fəaliyyətin cəhətləri çoxdur. Biz yalnız bir vacib hesab etdiyimiz məqamı vurğulamaq istərdik.

Xilaskarlıq və quruculuq

1993-cü ildə Prezident seçiləndən sonra Ulu öndərin qarşısında çox mürəkkəb bir vəzifə dayanırdı. Bu barədə o dönəmdə Milli Məclisdəki nitqində Ümummilli lider açıq və dəqiq fikir bildirmişdi. Yəni faktiki olaraq Prezident statusunda ulu öndər liderliyin xilaskar nümunəsi ilə müstəqil dövlət qurucusu nümunəsini sintez etməli idi. Azərbaycanın o dönəmdəki vəziyyəti prizmasında bu, olduqca çətin, mürəkkəb və əhatəli bir məsələ idi. Yüksək yaradıcı və milli maraqlara dayanan kurs müəyyən etmək lazım idi.

Onu da nəzərə almaq lazımdır ki, həmin mərhələdə Azərbaycanın həqiqi mənada milli dövlət olmasını istəməyən kifayət qədər dairələr vardı və onlar pozucu fəaliyyətlərindən qalmadılar. Yanız bir qismini xatırladaq: Ulu öndərə qarşı bir neçə dəfə təşkil edilən sui-qəsd cəhdləri, “Əsrin müqaviləsi”ni əngəlləmək üçün böyük dövlətlərin yaratmağa çalışdığı müxtəlif hüquqi və diplomatik əngəllər…

Bunlar barədə və daha çoxu haqqında Prezident İlham Əliyev 2003-cü ildə qələmə aldığı “Xəzərin Azərbaycan nefti” adlı monoqrafiyasında geniş faktlar əsasında yazmışdır. Həmin fikirlərdə dövlət başçısı ümummilli lider Heydər Əliyevin ölkə rəhbəri və xalqın lideri kimi hansı məharətlə xilaskarlıqla quruculuğu birləşdirdiyinin çox gözəl süjetini yaratmışdır.

YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin ifadə etdiyi aşağıdakı fikirləri həmin süjetin məharətli davamı kimi qəbul etmək lazımdır. Dövlət başçısı demişdir: “1993-cü ilin oktyabr ayında Ulu öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ancaq o vaxta qədər artıq biz böyük itkilərlə üzləşmişdik - torpaq itkisi, iqtisadiyyat tamamilə çökmüşdür…Ondan sonrakı dövr də çox çətin idi və sınaqlarla dolu idi. Ancaq Heydər Əliyev kimi qətiyyətli, cəsarətli dahi şəxsiyyət bütün bunların qabağında dura bilmişdi və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycanın parçalanmaqdan xilas edilməsində onun amili aparıcı rol oynamışdır. Həm separatçılıq, həm parçalanma təhlükələri, dövlət çevrilişinə iki cəhd, iqtisadi çətinliklər - bütün bunlar o vaxt reallıq idi”.

Müstəqil dövlət quruculuğunun sonrakı təcrübəsi vurğulanan fikirlər kontekstində iki mühüm xüsusiyyəti həm nəzəri tədqiqat, həm də praktiki fəaliyyət üçün aktullaşdırır. Onlardan biri 1993-cü ilin oktyabr ayında baş tutan Prezident seçkisinin Azərbaycanın dövlət kimi taleyi baxımından həlledici rol oynaması ilə əlaqəlidir. Digəri, ulu öndərin uğurlu dövlət quruculuğu kursunu müəyyən etməsinin çox səmərəli olduğunu sübut edən quruculuq işlərinin davamlı həyata keçirilməsidir. O cümlədən, Prezident İlham Əliyevin fəaliyyətində siyasi varisliyi tam gözləməsi ilə yanaşıı, sürətlə dəyişən situasiyalarda kifayət qədər yaradıcı olmasıdır.

İndiki mərhələnin uğurları işığında vurğulanan məqamlar siyasi liderlik üçün əhəmiyyəti yüksək olan bir xüsusiyyəti dərk etmənin vacibliyini meydana çıxarır. Həmin xüsusiyyət Ulu öndərin XXI əsrin ən mürəkkəb situasiyalarında belə uğurlu ola bilən liderlik məktəbini yaratması ilə bağlıdır.

Ulu öndərin liderlik məktəbi

Bu, Avrasiya məkanında çox böyük siyasi və ideya hadisəsidir. Çünki sovetlərdən sonra ikinci elə bir dövlət yoxdur ki, onun lideri ulu öndər Heydər Əliyevin yaratdığı liderlik nümunəsi qədər uğurlu olsun. Müasir liderologiyada da təməl şərtlərdən biri belə müəyyən edilmişdir: əsl uğurlu xilaskar və qurucu lider özündən sonrakı dönəmdə uğurlu ola bilən liderlik nümunəsi yarada biləndir! Ümummilli liderin formalaşdırdığı liderlik məktəbi Azərbaycan Prezidenti İlham Əliyevin şəxsində bunun əyani nümunəsini göstərmişdir. 1993-cü ildə Azərbaycanda keçirilən Prezident seçkisində xalqın ulu öndər Heydər Əliyevə səs verməsinin siyasi və geosiyasi mənasına bir də vurğulanan kontekstdə nəzər salmaq faydalıdır.

Azərbaycan Prezidentinin YAP-ın VIII Qurultayında ifadə etdiyi bir tezis məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə başladığı xilaskarlıqla quruculuğu harmonik şəkildə ehtiva edən liderlik fəaliyyətinin məntiqi nəticələrindən biri kimi qəbul edilməlidir. Dövlət başçısı qurultayda demişdir: “Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri var”.

Doğrudan bu mövzu çox dərindir və geniş tədqiqatlar aparılmalıdır. Ümumi səviyyədə isə bir sıra faktlar onun obrazını yaratmağa imkan verir. Şübhə yoxdur ki, Azərbaycanda tədqiqatçılar bu mövzunun siyasi-nəzəri, geosiyasi və fəlsəfi aspektlərini dərindən araşdırmaqdadırlar. Həmin tədqiqatların metodoloji bazasında ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu strategiyası ilə liderlik nümunəsinin başlıca məqamları sintez halında mövcud olmalıdır. Çünki Prezident İlham Əliyev vurğulamışdır: “Bu siyasət 2003-cü ildən bu yana davam etdirilirdi, bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək”.

Bir rəmzin strateji anlamı

Çox əlamətdardır – 3 oktyabr həm də Türk Dünyası Günüdür! Türk Dövlətlərinin Əməkdaşlıq Günü 2009-cu il oktyabrın 3-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin imzalanması ilə təsis edilmişdir. Rəsmi olaraq bu tarixin Türk Dünyası Günü kimi qeyd edilməsi qərarı isə 2010-cu ildə türkdilli dövlət başçılarının İstanbul sammitində qəbul olunmuşdur. Həmin qərardan sonra hər il oktyabrın 3-ü türk dövlətləri arasında əməkdaşlıq və həmrəylik günü kimi qeyd olunur.

Deməli, Türk Dünyası Gününün bünövrəsində 2009-cu il Naxçıvan Bəyannaməsi dayanır. Bəyannamənin 2-ci bəndində deyilir: “Türkdilli ölkələr arasında ortaq tarix, dil və mədəniyyət yaxınlığından irəli gələn münasibətləri və həmrəyliyi qarşılıqlı maraqlar əsasında davam etdirmək niyyətlərini ifadə etdilər”.

Yəni Türk Dünyası Günü türk xalqlarının əbədi dostluq və qardaşlığının rəmzidir! Həm Naxçıvan görüşünün 3 oktyabrda keçirilməsi, həm də orada tarixi birlik haqqında konkret maddələrin yer alması məsələnin birbaşa Azərbaycanla sıx bağlı olduğunu göstərən əlamətlərdəndir. Bu baxımdan onun ulu öndər Heydər Əliyevin 3 oktyabrda Prezident seçilməsi ilə dərin rəmzi əlaqəsi vardır. Hətta o dərəcədə ki, Türk dünyasının birliyinin təməlində başlıca olaraq Ulu öndərin ideyalarının dayandığını ifadə edir.

Bundan başqa, 3 oktyabr ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi tarixi ilə yanaşı, ümumiyyətlə, Türk dünyasının “ortaq tarix, dil və mədəniyyət üzərində bərqərar olması” kimi təməl tezisi arasında strateji xarakterli bağlantını görmək olar. Bu bağlantının aparıcı, müəyyənedici və istiqamətverici ideyası, kəlamı və prinsipi “bir millət, iki dövlət” formulunun ehtiva etdiyi semantik sahədir! Hazırda Türk Dövlətləri Təşkilatı həmin kəlamın fəlsəfi, siyasi və geosiyasi məna çalarlarının işığında inkişaf edir.

Bütün bunların fonunda Ulu öndərin 1993-cü il oktyabrın 3-də Azərbaycan Prezidenti seçilməsinin çox aspektlərdə əhəmiyyətli və dərin mənasının olduğunu göstərir.

Həmin gün hər şeydən öncə müstəqil Azərbaycanda güclü dövlət quruculuğunun əsas istiqamətlərinin müəyyən edilməsi demək idi.

Həmin gün Azərbaycanda dərin böhranın tədricən aradan qaldırılaraq, bütün ölkənin ərazi bütövlüyünü bərpa etməyə səfərbər olunmasının başlanğıcı idi.

3 oktyabr 1993-cü il tarixi son 300 ildə Azərbaycanda müstəqil və sivil respublikanın əbədi mövcudluğunu təmin edəcək quruculuq kursunun başlanğıcıdır.

O tarix geniş bir məkanda nüfuz sahibi olacaq qüdrətli Azərbaycan dövlətinin yaranmasının ilk müjdəcisidir!

Həm də qədim tarixi olan Azərbaycan dövlətçiliyinin ənənəsinə Böyük Qayıdışın rəmzidir!

Füzuli MƏHƏMMƏDOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri