Icma.az
close
up
RU
UNCTAD: Son 25 ildə Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyaları 29,8 milyard dolları ötüb

UNCTAD: Son 25 ildə Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyaları 29,8 milyard dolları ötüb

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan iqtisadiyyatına 2000-2024-cü illər ərzində cəlb olunan birbaşa xarici investisiyaların həcmi 27 milyard 503 milyon ABŞ dolları təşkil edib.

BAKU.WS xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) "Qlobal İnvestisiya Hesabatı"nda deyilir.

Hesabata əsasən, 2000-2023-cü illəri əhatə edən dövrdə bu göstərici 27 milyard 919 milyon ABŞ dolları, 2000-2010-cu illərdə isə 14 milyard 253 milyon ABŞ dolları səviyyəsində olub. 2000-ci ildə isə bu göstərici 1,791 milyard ABŞ dolları olub.

Eyni zamanda, 2000-2024-cü illər ərzində Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyaların həcmi 29 milyard 876 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2000-2023-cü illərdə 28 milyard 644 milyon ABŞ dolları, 2000-2010-cu illərdə isə 5 milyard 790 milyon ABŞ dolları olub. 2000-ci ildə isə bu göstərici 1 milyon ABŞ dolları olub.

Son 5 il ərzində Azərbaycan iqtisadiyyatına ən yüksək həcmdə birbaşa xarici investisiya 2019-cu ildə qoyulub – həmin ildə bu rəqəm 1 milyard 504 milyon ABŞ dolları təşkil edib. Elə həmin il Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyalar da pik həddə çataraq 2 milyard 432 milyon ABŞ dollarına bərabər olub.

Hesabata görə, 2020–2024-cü illərdə Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə (DÇOÖ) "yaşıl sahə layihələrinə yatırımlar əsasən enerji, rəqəmsal iqtisadiyyat və nəqliyyat sektorlarına olub. Belə ki, enerji və qaz təchizatı sektoru DÇOÖ-lərdə "yaşıl sahə" layihələri üzrə əsas investisiya istiqaməti olaraq qalaraq, ümumilikdə təxminən 50 milyard ABŞ dolları cəlb edilib. Bu, əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artım deməkdir və ümumi "yaşıl sahə" fəaliyyətinin 30 %-nə yaxın hissəsini təşkil edir.

"İnvestisiya axınları əsasən bir neçə ölkədə cəmləşmişdir. Özbəkistan 40-dan çox layihə üzrə 18 milyard ABŞ dollarla lider olub. Qazaxıstan 5 milyard ABŞ dollarla ikinci yeri tutub, Zimbabve və Butan isə hər biri 3 milyard dollardan çox vəsait cəlb edərək növbəti sıralarda qərarlaşıblar. Digər diqqətəlayiq investisiya qəbul edən ölkələr sırasında Azərbaycan, Nepal və Şimali Makedoniya da yer alır – onların hər biri 1,5 milyard ABŞ dollardan artıq "yaşıl sahə" layihə dəyəri ilə fərqlənib", - UNCTAD bildirir.

Hesabat müəllifləri rəqəmsal iqtisadiyyat sektorunda da "yaşıl sahə" fəaliyyətinin əhəmiyyətli dərəcədə artdığını qeyd edirlər. Bu sahədə əsas investisiya qəbul edən ölkələr arasında Tacikistan, Paraqvay, Özbəkistan, Efiopiya və Zambiya olub. Tacikistan 1,1 milyard ABŞ dollardan çox, Paraqvay isə oxşar həcmdə vəsait cəlb edib, Özbəkistan isə təxminən 900 milyon ABŞ dollarlıq investisiya alıb. Bu investisiyaların cəmlənməsi həmin ölkələrdə hökumətlərin rəqəmsallaşdırma strategiyalarına, tənzimləyici islahatlara və rəqəmsal xidmətlərə artan daxili tələbatla izah olunur.

Xüsusilə Özbəkistan və Efiopiya telekommunikasiya sektorunda aparılan islahatlardan sonra investorların artan marağı ilə qarşılaşıb. DÇOÖ-lərin rəqəmsal iqtisadiyyatına əsas töhfə verən investorlar sırasında Rusiya Federasiyası və ABŞ hər biri təxminən 2 milyard dollarla önə çıxıblar. Digər mühüm investor ölkələr arasında Niderland, Mavriki, Birləşmiş Krallıq, Fransa və İsveçrə qeyd olunur.

Nəqliyyat sektorunda da "yaşıl sahə" layihələri bir sıra DÇOÖ-də önəmli yer tutub. Bu sahədə ən böyük investisiya axını Qazaxıstana yönəlmiş – 19 layihə üzrə 8 milyard ABŞ dollardan çox vəsait cəlb edilib. Uqanda isə 9 layihə üzrə 4 milyard ABŞ dollara yaxın investisiya alaraq ikinci olub. Digər əsas investisiya qəbul edənlər sırasında Özbəkistan (1 milyard dollardan çox), eləcə də Azərbaycan, Moldova Respublikası və Ruanda yer alıblar. Sektor üzrə digər DÇOÖ-lərdə isə fəaliyyət nisbətən zəif olub, hesabatda deyilir.

Əsas investor ölkələr arasında Qətər və Fransa xüsusilə fərqlənib – onlar nəqliyyat sektorunda müvafiq olaraq təxminən 6 milyard və 4 milyard ABŞ dolları həcmində investisiya yatırımı həyata keçiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 İyun 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri