Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

UNEC 95: İnamla gələcəyə doğru

UNEC 95: İnamla gələcəyə doğru

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il özünün 95 illik yubileyini qeyd edir. Bu, təkcə bir təhsil ocağının yaşı deyil, həm də Azərbaycanın iqtisadi və elmi-mədəni inkişafına verdiyi 95 illik töhfənin rəmzidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər UNEC Rus İqtisad Məktəbinin direktoru, Koqnitiv İqtisadiyyat Elmi Mərkəzinin rəhbəri, dosent Mənsur Bərxudarovun “UNEC 95: İnamla gələcəyə doğru”

sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Yubiley keçmişə nəzər salmaqla yanaşı, həm də gələcəyə inamla baxmaq üçün bir fürsətdir. Məhz bu məqsədlə “UNEC-100” İnkişaf Strategiyası hazırlanıb və uğurla icra olunur. Strategiyada müəyyən edilən 7 məqsəd və 31 hədəf universitetin beynəlxalq arenada tanınan, rəqabətədavamlı ali təhsil müəssisəsinə çevrilməsinə yönəlib.

İlk olaraq, UNEC-in əsas məqsədlərindən biri onu yüksəkkeyfiyyətli təhsil ocağına çevirməkdir. Bu məqsədlə abituriyentlərlə informasiya-təbliğat işi aparılır, orta məktəblərlə əməkdaşlıq genişləndirilir və universitetin üstünlükləri yüksək bal toplayan abituriyentlərə daha yaxından təqdim olunur. Bu fəaliyyətin nəticəsi olaraq 2024-cü ildə 600-dən çox bal toplayaraq UNEC-ə qəbul olan tələbələrin sayı 2023-cü illə müqayisədə 89.4 faiz artaraq 409 nəfərə çatıb. Paralel olaraq ixtisaslar və tədris proqramları əmək bazarının tələblərinə və beynəlxalq standartlara uyğunlaşdırılır, dərslər interaktiv üsullarla keçirilir, təhsilin informasiya təminatı gücləndirilir, beynəlxalq akkreditasiyalar həyata keçirilir, xarici professorların iştirakı ilə ustad dərsləri təşkil olunur və tələbə mübadiləsi proqramları genişləndirilir.

Digər əsas məqsədlərdən biri UNEC-i tədqiqat yönümlü universitetə çevirməkdir. Bu məqsədlə universitetdə müxtəlif sahələr üzrə 47 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə elmi potensialın gücləndirilməsi, beynəlxalq reytinqli jurnallarda məqalələrin çapı, müəllimlərin H-indeksinin artırılması istiqamətində mühüm nəticələr əldə olunur. Elmi fəaliyyətin stimullaşdırılması məqsədilə daxili qrant müsabiqələri elan olunub, artıq üçüncü qrant müsabiqəsi həyata keçirilib.

Universitetin inkişaf xəttində digər bir prioritet – sahibkar universitet modelinə keçiddir. UNEC tələbə və müəllimləri innovativ düşüncəyə təşviq edir, startap layihələrinin və patent müraciətlərinin sayının artırılması məqsədilə təlimlər təşkil olunur, biznes sektoru ilə birgə tədqiqat layihələri həyata keçirilir.

UNEC-in sosial məsuliyyətli universitet olaraq cəmiyyətdə aktiv iştirakı da strateji məqsədlərdən biridir. Sosial layihələrin həyata keçirilməsi, xüsusilə yaşıl iqtisadiyyatla bağlı beynəlxalq konfransların təşkili və ictimai məsələlərə dair aktiv mövqe bu sahədəki uğurları tamamlayır.

Universitetin beynəlmiləlləşməsi istiqamətində də əhəmiyyətli addımlar atılır. Məqsəd 2030-cu ilə qədər qəbul edilən tələbələr arasında əcnəbilərin payını 10 faizə çatdırmaq, beynəlxalq mübadilə proqramlarını, ikili diplom layihələrini və ingilis dilində tədris olunan proqramları artırmaqdır. Bu istiqamətdə türk dünyası ölkələri – Türkiyə, Qazaxıstan, Özbəkistanla təhsil əlaqələri intensiv şəkildə inkişaf etdirilir.

UNEC-də idarəetmə sisteminin müasirləşdirilməsi və çevik modelə keçid də strateji məqsədlər sırasındadır. Bu məqsədlə strateji idarəetmə sistemi tətbiq olunur, informasiya texnologiyalarına əsaslanan idarəetmə yanaşmaları və rəqəmsal bacarıqlara malik insan kapitalı formalaşdırılır.

Növbəti strateji məqsəd isə UNEC-in yüksək beynəlxalq reytinqli universitetlər sırasında yer almasıdır. Məqsəd UNEC-in 100 illik yubileyində universitetin dünyanın ən nüfuzlu 500 universiteti siyahısında olmasıdır.

Bu baxış fonunda UNEC-in tərkibində fəaliyyət göstərən Rus İqtisad Məktəbi (RESH) də beynəlxalq xarakter daşıyan xüsusi strukturlardan biridir. 2016-cı ildə yaradılan bu təhsil mərkəzi 2017-ci ildən etibarən Rus İqtisad Məktəbi adı ilə fəaliyyət göstərir. Hazırda burada 10 ixtisas üzrə bakalavriat və magistratura səviyyəsində təhsil verilir. Məktəb yaranandan bəri 3000-dən çox yüksəkixtisaslı məzun yetişdirib. Hazırda isə burada 1500 tələbə təhsil alır və onların 100-dən çoxu əcnəbi vətəndaşlardır. Əcnəbi tələbələr əsasən Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan və İsrail vətəndaşlarıdır.

Rus İqtisad Məktəbi, eyni zamanda, 30-dan çox xarici universitetlə əməkdaşlıq edir. İkili diplom və akademik mobillik çərçivəsində həm UNEC tələbələri xaricdə təhsil alır, həm də xarici tələbələr bu məktəbdə bilik və bacarıqlarını artırırlar. Xarici professorların UNEC-də mühazirə və seminar keçməsi, eyni zamanda, yerli müəllimlərin beynəlxalq təcrübə imkanlarından yararlanması bu əməkdaşlığın vacib nəticələrindəndir. Eyni zamanda, məktəbdə beynəlxalq və yerli elmi tədbirlər, konfranslar təşkil olunur ki, onların əksəriyyəti praktiki əhəmiyyət daşıyır.

Nəticə etibarilə, UNEC və onun struktur bölmələri, o cümlədən Rus İqtisad Məktəbi dinamik inkişaf edən, dünya elmi və təhsil sisteminə sürətlə inteqrasiya olunan, Azərbaycanın rəqəmsal cəmiyyətinə və milli iqtisadiyyatına xidmət edən güclü bir təhsil mərkəzidir. Məqsədimiz UNEC brendinin dünya universitetləri sırasında mövqeyini daha möhkəmləndirmək və gələcəyin vətənpərvər, yüksək ixtisaslı kadrlarını yetişdirməkdir.

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti 95 illik zəngin tarixi və ənənələri ilə ölkəmizin ali təhsil sistemində aparıcı rolunu möhkəmləndirir, innovativ yanaşmaları və inkişaf strategiyaları ilə gələcəyə inamla addımlayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri