Icma.az
close
up
RU
UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək AzPolitika onlayn siyasiictimai qəzet

UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Çinin Sichuan Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru i.f.d. Hüseyn Həsənov çinli nümayəndə heyətinə universitetin strateji hədəflərindən söz açıb. O, qonaqlara UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyi, əcnəbi tələbələrin universitetə cəlb olunması, fənlərin beynəlxalq akkreditasiyası, xarici universitetlərlə əlaqələrin genişləndirilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar və qarşıda duran vəzifələrdən danışıb.

Sichuan Universitetinin Prezident ofisinin direktor müavini prof. Du Xiao UNEC-də olmaqdan məmnunluğunu ifadə edərək, təmsil etdiyi universitet barədə məlumat verib. O, Azərbaycan universitetləri ilə əlaqələrin genişləndirilməsinin qarşılıqlı təcrübə mübadiləsi və elmi əməkdaşlıq baxımından önəmli olduğunu vurğulayıb.
Görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərinə dair razılıq əldə olunub.

Müzakirələrdən sonra çinli qonaqlar UNEC-lə tanış olublar. UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev onlara universitetdəki rəqəmsal tədris prosesi və imtahanların təşkili, Bloomberg Maliyyə laboratoriyası, distant tədris və s. barədə məlumat verib. Çinli nümayəndə heyəti UNEC-in tədris prosesində tətbiq etdiyi rəqəmsallaşmanı yüksək qiymətləndiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Noyabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see191

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see190

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see159

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see134

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see124

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri