Icma.az
close
up
RU
UNEC in Dərbənd filialı: strateji addım və böyük uğurlar

UNEC in Dərbənd filialı: strateji addım və böyük uğurlar

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialı Azərbaycan təhsil sisteminin ölkədən kənarda uğurla fəaliyyət göstərən ən mühüm qurumlarından biri hesab olunur. Filialın yaradılması təkcə ali təhsilin inkişafına deyil, həm də xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığının qorunmasına, onların yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə xidmət edən strateji addımdır.

Bu filial 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Azərbaycanlıların kompakt yaşadıqları Dərbənd bölgəsində iqtisadiyyat sahəsində peşəkar kadrlara ehtiyacın artması bu təşəbbüsün aktuallığını daha da gücləndirmişdi. Məhz buna görə də filialın yaradılması bölgədə yaşayan gənclərin

doğma dilə və milli-mənəvi dəyərlərə bağlı qalmaqla keyfiyyətli ali təhsil

almalarına geniş imkanlar açdı.

Filialın yaradılmasında əsas məqsəd Dağıstan Respublikasının Dərbənd şəhərində və ətraf bölgələrdə yaşayan azərbaycanlı gənclərin ali təhsil almasına dəstək vermək, gənclərin müasir biliklərə yiyələnməsi və onların əmək bazarına daha hazırlıqlı şəkildə çıxmasının təmin etmək, regionun iqtisadi inkişafı üçün peşəkar kadrlar hazırlamaq idi. Bu təşəbbüs Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlara göstərdiyi davamlı diqqət və qayğının mühüm nümunələrindən biri hesab edilir. UNEC-in Dərbənd Filialı Rusiyada fəaliyyət göstərən yeganə xarici universitetdir. 2015-ci ildə Filiala lisenziya verilib.

UNEC-in Dərbənd filialı fəaliyyət göstərdiyi zaman ərzində minlərlə gəncin ali təhsil almasına, yüksəkixtisaslı kadr kimi yetişməsinə imkan yaradıb. Burada təhsil alanlar

iqtisadiyyatın müxtəlif sahələri üzrə nəzəri və praktiki biliklər əldə ediblər.

Nəticədə, regionun sosial-iqtisadi inkişafında fəal iştirak edən mütəxəssislərə çevriliblər. Filial regionun iqtisadi potensialının gücləndirilməsinə və əmək bazarının peşəkar mütəxəssislərlə təmin olunmasına mühüm töhfə verir.

Filial yalnız təhsil verməklə kifayətlənməyərək, həm də Azərbaycan dilinin, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin qorunub saxlanmasına xidmət edən mühüm mərkəz rolunu oynayır. Filialın mövcudluğu gənclərin doğma dəyərlərə bağlı şəkildə müasir biliklər əldə etməsinə şərait yaradır.

Filialın tarixində mühüm hadisələrdən biri də 2016-cı ildə gerçəkləşib:

Müasir səviyyəli yeni təhsil kompleksi istifadəyə verilib.

Üstün standartlara uyğun tikilmiş kampus tələbələrin keyfiyyətli təhsil alması üçün hərtərəfli şərait yaradır. Təhsil kompleksində geniş auditoriyalar, kitabxana, kompüter və linqafon otaqları, idman zalları, yeməkxana, tibb məntəqəsi və digər zəruri infrastruktur yaradılıb. Kampus müasir ali təhsil müəssisələrinə qoyulan tələblərə tam cavab verir.

Bu gün filialda maliyyə və kredit, mühasibat uçotu, təhlil və audit, iqtisadiyyat kimi istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir. Tədris prosesinin müasir metodlarla təşkili tələbələrin

yalnız nəzəri biliklər deyil, həm də praktik bacarıqlar

əldə etmələrinə şərait yaradır. Tədris prosesi müxtəlif effektli formalar üzrə təşkil edilir və rus dili ilə yanaşı, Azərbaycan dilində də tədris aparılır.

UNEC-in Dərbənd filialı Azərbaycanın beynəlxalq təhsil məkanında mövqeyinin güclənməsinə də xidmət edir. Filial iki ölkə arasında elm və təhsil əməkdaşlığının inkişafına töhfə verir, Azərbaycan ali təhsilinin nüfuzunu artırır. Bu təhsil müəssisəsi Azərbaycanın xaricdə fəaliyyət göstərən ən uğurlu ali məktəb layihələrindən biri kimi qiymətləndirilir.

Filialın fəaliyyəti nəticəsində yüzlərlə məzun müxtəlif dövlət və özəl qurumlarda çalışaraq cəmiyyətin inkişafına öz töhfəsini verir. Bu gün müxtəlif sahələrdə çalışan, öz peşəsinin peşəkarı kimi tanınan minlərlə insan qürurla "Mən UNEC-in Dərbənd filialının məzunuyam" deyir. Onların uğurları UNEC-in Dərbənd filialının təhsil sahəsində qazandığı nailiyyətlərin göstəricisidir. Məhz buna görə də UNEC-in Dərbənd filialı yalnız bir ali məktəb deyil, həm də Azərbaycanın elm, təhsil və milli dəyərlərinin təbliğinə xidmət edən mühüm təhsil müəssisələrindən biri mövqeyinə yüksəlib. UNEC-in Dərbənd filialı Azərbaycan təhsilinin uğurlu nümunələrindən biri kimi həm ölkəmiz, həm də region üçün böyük əhəmiyyət daşıyır.

Müasir dövrdə universitetlərin qarşısında duran əsas vəzifə yalnız tələbələrə nəzəri biliklər vermək deyil, eyni zamanda onları əmək bazarının tələblərinə cavab verən peşəkar mütəxəssislər kimi formalaşdırmaqdır. Bu baxımdan UNEC-in Dərbənd filialı aparıcı ali təhsil müəssisələrindən biri kimi xüsusi yer tutur. Filial uzun illərdir ki, yalnız diplom təqdim edən təhsil ocağı deyil, həm də dövlət və özəl sektorun ehtiyac duyduğu yüksəkixtisaslı kadrların hazırlandığı mühüm elm və təhsil mərkəzi kimi fəaliyyət göstərir. Filialın əsas üstünlüklərindən biri tədris prosesinin müasir dövrün tələblərinə uyğun qurulmasıdır. Universitetdə tələbələrə yalnız nəzəri biliklər öyrədilmir, onların analitik düşüncə qabiliyyətinin inkişafına, praktik bacarıqlar qazanmasına və gələcək peşə fəaliyyətinə hazırlanmasına xüsusi diqqət yetirilir.

Dərbənd filialının məzunları öz sahələrində uğurla çalışırlar.

Bu gün onlar müxtəlif dövlət qurumlarında, bank-maliyyə sektorunda, iri şirkətlərdə, beynəlxalq təşkilatlarda və sahibkarlıq sahəsində uğurla fəaliyyət göstərirlər. Bu fakt bütövlükdə UNEC-də əldə olunan biliklərin və formalaşdırılan peşəkar bacarıqların yüksək səviyyədə olduğunu göstərir. Məzunların əmək bazarında rəqabətqabiliyyətli olması bu ali təhsil qurumunun əsas uğurlarından biridir.

Filialda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı islahatlar həyata keçirilir. Beynəlxalq təcrübənin tətbiqi, xarici universitetlərlə əməkdaşlıq gənclərin daha geniş dünyagörüşünə malik mütəxəssislər kimi yetişməsinə kömək edir. Bu proqramlar tələbələrə beynəlxalq təcrübə qazanmaq və qlobal əmək bazarının tələblərinə uyğun biliklər əldə etmək imkanı yaradır.

Bu gün UNEC-in Dərbənd filialı minlərlə tələbənin gələcəyinə işıq salan, onların peşəkar inkişafına dəstək verən nüfuzlu ali təhsil müəssisəsidir. Buranın məzunları əldə etdikləri bilik və bacarıqlarla ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayırlar. Buna görə də Dərbənd filial haqqında danışarkən onu yalnız ali təhsil verən universitet kimi deyil, həm də yüksəkixtisaslı kadrlar yetişdirən, ölkənin insan kapitalının formalaşmasına töhfə verən strateji əhəmiyyətli elm və təhsil mərkəzi kimi qiymətləndirmək lazımdır.

Filialın uğurunun əsas göstəricisi məhz onun məzunlarıdır. Bu gün müxtəlif sahələrdə çalışan, öz peşəsini yüksək səviyyədə icra edən minlərlə mütəxəssis vaxtilə bu universitetdə təhsil alıb. Onların uğurları UNEC-in Dərbənd filialının təkcə təhsil vermədiyini, həm də cəmiyyətə peşəkar, savadlı və məsuliyyətli kadrlar qazandırdığını təsdiqləyir.

Qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə UNEC-in Dərbənd filialının direktoru Qurban Səidoviç Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib. Q.Qurbanov uzunmüddətli fəaliyyəti dövründə iki ölkə arasında akademik və mədəni əməkdaşlığın genişlənməsinə, təhsilin inkişafına və universitetlərarası əlaqələrin gücləndirilməsinə mühüm töhfələr verib.

Qurban Qurbanovun "Dostluq" ordeni ilə təltif olunması UNEC-in Dərbənd filialının uğurlu fəaliyyətinin, onun regionda və beynəlxalq təhsil məkanında qazandığı nüfuzun, eləcə də Azərbaycan dövlətinin bu təhsil ocağına göstərdiyi diqqət və qayğının bariz ifadəsidir. Bu təltif UNEC-in Dərbənd filialının təhsil, elm və humanitar əməkdaşlıq sahəsində gördüyü işlərə verilən ən yüksək qiymətdir.

İndiyədək qazanılan nailiyyətlər

Dərbənd filialının gələcəyinə güclü inam yaradır.

Əminliklə deməyə əsas var ki, bu təhsil ocağı uzun illər ərzində formalaşdırdığı ənənələri davam etdirərək bundan sonra da yüksəkixtisaslı kadrların hazırlanmasına, elmi və humanitar əməkdaşlığın inkişafına uğurla xidmət edəcək.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 05 İyun 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri