Icma.az
close
up
RU
Azərbaycan təhsilinin ixrac modeli UNEC in Dərbənd filialı

Azərbaycan təhsilinin ixrac modeli UNEC in Dərbənd filialı

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının direktoru Qurban Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. AZƏRTAC Qurban Qurbanovla Azərbaycan-Dağıstan elmi-mədəni əməkdaşlığının dünəni və bu günü barədə müsahibəni təqdim edir.

-Qurban müəllim, Prezident İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunmağınız münasibətilə sizi təbrik edirik. Bu mükafat sizin üçün nə ifadə edir?

– Təşəkkür edirəm. Bu yüksək mükafatı böyük qürur, eyni zamanda, məsuliyyət hissidir. Hesab edirəm ki, bu orden təkcə mənim fəaliyyətimə verilən qiymət deyil. Bu, Dağıstanda yaşayan azərbaycanlıların, Azərbaycan–Dağıstan dostluq münasibətlərinin inkişafına töhfə verən insanların, eləcə də UNEC-in Dərbənd filialının kollektivinin əməyinə verilən yüksək dəyərdir. Eyni zamanda, iki xalq arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərən mühüm bir qiymətləndirmədir. Prezident İlham Əliyevin bu diqqəti bizim üçün çox önəmlidir və mən Prezidentə əməyimizi yüksək qiymətləndirdiyi üçün təşəkkürümü bildirirəm.

– UNEC-in Dərbənd filialının tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Filialın yaradılması təşəbbüsünün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Bəli, Dərbənd filialının yaradılması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. O, Dağıstanı tarixi, mədəni və humanitar baxımdan çox yaxın hesab edirdi.

Bu münasibətlərin kökündə həm də Əziz Əliyevin Dağıstandakı tarixi xidmətləri dayanırdı. O, müharibə illərinin ən ağır dövrlərində Dağıstan xalqına böyük dəstək göstərmişdi və bu yaddaş nəsildən-nəsilə ötürülmüşdü.

Heydər Əliyev bu tarixi əlaqəni daha sistemli formaya saldı. Onun təşəbbüsü ilə Dərbənddə Azərbaycan ali təhsil müəssisəsinin filialının yaradılması ideyası reallaşdı. Bu, sadəcə bir universitet açmaq deyildi, bu, gələcək nəsilləri bir-birinə bağlayan strateji humanitar layihə idi.

Heydər Əliyev Dağıstana, burada və bütün dünyada yaşayan azərbaycanlılara hər zaman xüsusi diqqət göstərib. O, yaxşı bilirdi ki, regionun inkişafı üçün savadlı, peşəkar kadrların hazırlanması vacibdir.

Qürurvericidir ki, bu təşəbbüs çox böyük müsbət nəticələr verdi. Filialın yaradılması ilə Dağıstan və xüsusilə Dərbənd gəncləri üçün keyfiyyətli ali təhsil almaq imkanları genişləndi. Burada minlərlə mütəxəssis hazırlanıb. Məzunlarımızın bu gün həm Dağıstanda, həm də Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. UNEC-in Dərbənd filialı yalnız təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycan–Dağıstan əlaqələrinin inkişafına xidmət edən mühüm bir mərkəzdir.

Bu gün xüsusilə məmnunluq doğuran məqamlardan biri də odur ki, Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Dağıstanla əlaqələrin inkişafına, burada yaşayan soydaşlarımızın təhsil və mədəni həyatına daim diqqət göstərir. Bu münasibət UNEC-in Dərbənd filialına göstərilən qayğıda da özünü aydın şəkildə göstərir. Bu gün filialın Dağıstandakı ən müasir ali təhsil müəssisələrindən biri kimi fəaliyyət göstərməsi məhz bu diqqət və qayğının nəticəsidir.

Mən dəfələrlə şahidi olmuşam ki, Dağıstandan Azərbaycana gələn nümayəndə heyəti hər zaman yüksək səviyyədə qarşılanıb. Bu, iki xalq arasında səmimi münasibətlərin və qarşılıqlı hörmətin göstəricisidir. Hesab edirəm ki, UNEC-in Dərbənd filialı da məhz Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dostluq siyasətinin ən uğurlu nümunələrindən biridir.

- UNEC-in Dərbənd filialının hüquqi statusu və fəaliyyəti barədə danışardınız.

- Bir vaxtlar Dərbənddə müxtəlif ali təhsil müəssisələrinin filialları fəaliyyət göstərirdi. Lakin sonrakı illərdə Rusiya Federasiyasında təhsil sahəsində tələblər əhəmiyyətli dərəcədə sərtləşdirildi və bir çox filiallar bu tələblərə cavab vermədikləri üçün fəaliyyətlərini dayandırdılar. UNEC-in Dərbənd filialı isə bütün təhsil standartlarına uyğun fəaliyyət göstərərək öz mövqeyini qoruyub saxlaya bildi. Filialımız Rusiya Federasiyasının Təhsil və Elm Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (Rosobrnadzor) verdiyi lisenziya əsasında fəaliyyət göstərir. Filialın maddi-texniki bazası, tədris infrastrukturu və akademik heyəti yüksək səviyyədə formalaşdırılıb. Filial müasir tədris infrastrukturu ilə təmin olunub. Tədrisin keyfiyyətinə xüsusi diqqət yetirilir.

UNEC-in Dərbənd filialı Rusiya Federasiyasında fəaliyyət göstərən yeganə xarici universitet filialıdır və bu, bizim üçün böyük qürur mənbəyidir.

– Filialın fəaliyyəti iki xalq arasında əlaqələrin inkişafına necə təsir göstərir?

– Mən hesab edirəm ki, UNEC-in Dərbənd filialı bu gün sadəcə ali təhsil müəssisəsi deyil, Azərbaycanla Dağıstan arasında humanitar və mədəni əlaqələri birləşdirən mühüm körpüdür. Burada formalaşmış ənənələr illərdir yaşayır və hər il daha da möhkəmlənir.

Biz Azərbaycan və Dağıstan arasında keçirilən bütün mühüm tədbirlərdə fəal iştirak edirik. Filialımızda mütəmadi olaraq elmi konfranslar, mədəni tədbirlər, görüşlər və yubiley mərasimləri təşkil olunur. Bu tədbirlər iki xalqın ortaq tarixini, mədəniyyətini və dostluq münasibətlərini gənc nəslə daha yaxından tanıdır.

Xüsusilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin Dərbənd filialında böyük təntənə ilə qeyd olunmasını xüsusi vurğulamaq istərdim. Həmin tədbirə Dağıstan rəhbərliyi, nazirlik nümayəndələri, ictimai xadimlər və Azərbaycandan gələn nümayəndə heyəti qatılmışdı. Yubiley çərçivəsində universitetdə Heydər Əliyev Muzeyinin açılışı oldu. Bu muzey bizim üçün xüsusi əhəmiyyət daşıyır. Burada Ulu Öndərin Azərbaycana gəlmiş Dağıstan nümayəndələri ilə görüşlərinin nadir fotoları, tarixi sənədlər, arxiv materialları və onun Azərbaycan-Dağıstan münasibətlərinin inkişafındakı rolunu əks etdirən eksponatlar nümayiş olunur. Muzey bu gün tələbələr, qonaqlar və şəhər sakinləri üçün mühüm ziyarət məkanlarından birinə çevrilib.

Eyni zamanda, hər il 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü universitetimizdə geniş şəkildə qeyd olunur. Bu münasibətlə təşkil etdiyimiz tədbirlərdə yüzlərlə insan iştirak edir. Çıxışlar edilir, tarixi və milli dəyərlərimiz barədə məlumatlar verilir, konsert proqramları təşkil olunur. Bu cür tədbirlər tələbələrdə milli-mənəvi dəyərlərə bağlılığı gücləndirməklə yanaşı, Azərbaycan və Dağıstan xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

UNEC-in Dərbənd filialının xüsusi statusu bu missiyanı daha da əhəmiyyətli edir. Filial Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən yeganə xarici universitet filialıdır. Bu fakt özlüyündə Azərbaycan ilə Dağıstan arasında təhsil və humanitar əməkdaşlığın nə qədər yüksək səviyyədə olduğunu göstərir. Biz bu etimadı doğrultmağa çalışır, universitetimizi yalnız təhsil mərkəzi deyil, həm də dostluq, əməkdaşlıq və ortaq dəyərlər məkanı kimi inkişaf etdiririk.

– Sonda nə demək istərdiniz?

– Mənə göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bir daha dərin minnətdarlığımı bildirirəm. Bu mükafatı Azərbaycan–Dağıstan dostluğunun inkişafına xidmət edən bütün insanların əməyinə verilən qiymət kimi qəbul edirəm.

Dərbənd filialı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və təhsilə verdiyi böyük önəmin nəticəsidir. Biz öz missiyamıza sadiq qalaraq, çalışırıq ki, filial yalnız təhsil müəssisəsi kimi deyil, Azərbaycan və Dağıstan arasında dostluq, qarşılıqlı hörmət və humanitar əməkdaşlıq ənənələrinin yaşadıldığı bir mərkəz kimi fəaliyyət göstərsin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri