Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Müasir təhsil infrastrukturu: UNEC in Dərbənd filialı bu uğuru ilə də seçilir

Müasir təhsil infrastrukturu: UNEC in Dərbənd filialı bu uğuru ilə də seçilir

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialı fəaliyyət göstərdiyi illər ərzində təkcə bir ali təhsil müəssisəsi kimi deyil, həm də Azərbaycanın xaricdə yaşayan soydaşlarına göstərdiyi diqqət və qayğının mühüm təcəssümü kimi böyük əhəmiyyət qazanıb. Filial minlərlə gəncin ali təhsil almasına, peşəkar biliklərə yiyələnməsinə və yüksəkixtisaslı mütəxəssis kimi formalaşmasına geniş imkan yaradıb.

Dərbənd filialının əsası 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Filialın yaradılmasında əsas məqsəd azərbaycanlıların kompakt yaşadıqları Dərbənddə və ətraf bölgələrdə yaşayan gənclərin doğma dilə, milli-mənəvi dəyərlərə bağlı qalmaqla keyfiyyətli ali təhsil almalarını təmin etmək, eyni zamanda regionun sosial-iqtisadi inkişafı üçün peşəkar kadrlar hazırlamaq idi.

İllər keçdikcə filial öz fəaliyyətini daha da genişləndirərək regionun nüfuzlu təhsil müəssisələrindən birinə çevrilib. Burada təhsil alan tələbələr iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit və digər sahələr üzrə müasir biliklər əldə edərək əmək bazarına hazır mütəxəssis kimi yetişiblər. Filialın məzunları bu gün müxtəlif dövlət qurumlarında, özəl sektorda, maliyyə institutlarında və sahibkarlıq sahəsində uğurla fəaliyyət göstərirlər.

UNEC-in Dərbənd filialının uğurlarından biri də müasir təhsil infrastrukturu ilə seçilməsidir. Filialın yeni təhsil kompleksi tələbələrin yüksək səviyyədə təhsil almaları üçün hər cür şəraitlə təmin olunub. Burada geniş auditoriyalar, müasir kompüter otaqları, kitabxana, oxu zalları, idman və aerobika zalları, linqafon kabinetləri, tələbə yataqxanası və digər vacib infrastruktur obyektləri fəaliyyət göstərir. Bu imkanlar tələbələrin həm nəzəri, həm də praktik biliklərinin inkişafına xidmət edir.

Filialın fəaliyyətinin mühüm nəticələrindən biri də minlərlə gəncin ali təhsilə çıxış imkanlarının genişlənməsidir. Xüsusilə Dərbənd və ətraf bölgələrdə yaşayan azərbaycanlı ailələrin övladları üçün UNEC-in Dərbənd filialı böyük fürsətlər yaradıb. Təhsil almaq üçün uzaq şəhərlərə getməyə ehtiyac duymayan gənclər öz doğma bölgələrində beynəlxalq standartlara uyğun ali təhsil əldə etmək imkanı qazanıblar.

UNEC-in Dərbənd filialı Rusiyada rəsmi lisenziya ilə fəaliyyət göstərən yeganə Azərbaycan ali təhsil müəssisəsi kimi də xüsusi əhəmiyyət daşıyır.

Bu gün UNEC-in Dərbənd filialı öz fəaliyyətini uğurla davam etdirərək yeni nəsil iqtisadçıların, maliyyəçilərin və idarəçilərin hazırlanmasına töhfə verir. Filialın yetişdirdiyi məzunlar regionun iqtisadi və sosial inkişafında fəal iştirak edir, əldə etdikləri bilik və bacarıqlarla cəmiyyətə fayda verirlər. Məhz buna görə də UNEC-in Dərbənd filialı minlərlə gəncin həyatında uğura aparan yolun başlanğıcı, Azərbaycan təhsilinin xaricdəki ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilir.

UNEC-in Dərbənd filialı Azərbaycan təhsilinin xaricdəki uğur modeli

Millət vəkili Ceyhun Məmmədov deyir ki, Azərbaycan təhsilində özünəməxsus yeri olan ali təhsil müəssisələrindən biri də UNEC-dir. Bu universitet uğurla fəaliyyətini davam etdirir və daim yeni-yeni nailiyyətlərə imza atılır. Ən önəmli, vacib məsələlərdən biri də odur ki, bu gün bu universitetin Dağıstanda da filialı fəaliyyət göstərir. Bu fəaliyyət çox önəmlidir, çünki Dərbənd bizim üçün çox vacib, önəmli bölgələrdən biridir: "Yəni bu gün Azərbaycanla Rusiya arasında, xüsusilə Azərbaycanla Dağıstan Respublikası arasında bir çox sahələrdə əməkdaşlıq var, bir çox sahələrdə sıx işlər gedir, tədbirlər həyata keçirilir, addımlar atılır. O mənada hesab edirəm ki, Prezident İlham Əliyevin Sərəncamı ilə UNEC-in Dərbənd filialının direktoru Qurban Səidoviç Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilməsi Azərbaycan təhsilinə, həm Azərbaycan-Rusiya əlaqələrinə, Dərbənddə yaşayan soydaşlarımıza Prezidentin göstərdiyi böyük diqqətin və qayğının göstəricisidir. İnanıram ki, Azərbaycan Dövlət İqtisad Universiteti və UNEC-in Dərbənd filialı özünün uğurlarını daha da artıracaq və Azərbaycan təhsilində özünəməxsus yer tutmağa davam edəcək".

İki ölkə arasında elm və təhsil

əlaqələrinin inkişafına mühüm töhfə verən nüfuzlu təhsil ocağı

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovann sözlərinə görə, UNEC-in Dərbənd filialı uzun illərdir ki, Azərbaycan ilə Dağıstan arasında təhsil, elm və humanitar əlaqələrin inkişafına mühüm töhfə verən nüfuzlu bir təhsil ocağı kimi fəaliyyət göstərir. Xüsusilə qeyd etmək lazımdır ki, bu filial regionda yaşayan gənclərin keyfiyyətli ali təhsil almasına, öz milli kimliyini, dilini və mənəvi dəyərlərini qoruyaraq inkişaf etməsinə mühüm dəstək verir. Bu baxımdan filial təkcə ali təhsil müəssisəsi deyil, həm də ortaq mədəni dəyərlərin yaşadılmasına, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edən mühüm bir körpüdür.

Filialın fəaliyyəti nəticəsində yüzlərlə gənc müasir bilik və bacarıqlara yiyələnərək həm yaşadıqları bölgələrin inkişafına töhfə verir, həm də Azərbaycan təhsilinin uğurlarını layiqincə təmsil edirlər. Elmi tədbirlərin, maarifləndirici layihələrin və akademik əməkdaşlıq təşəbbüslərinin həyata keçirilməsi də filialın regionun ictimai, təhsil həyatında xüsusi yer tutduğunu göstərir:

"Dərbənd filialının direktoru Qurban Səidoviç Qurbanovun rəhbərliyi dövründə əldə olunan nailiyyətlər, təhsil sahəsində görülən sistemli işlər və humanitar əlaqələrin inkişafına verilən töhfələr Prezident tərəfindən "Dostluq" ordeni ilə yüksək qiymətləndirilib. Hesab edirəm ki, bu təltif təkcə bir şəxsin fəaliyyətinə verilən dəyər deyil, həm də təhsil vasitəsilə qurulan dostluğun, əməkdaşlığın və qarşılıqlı etimadın yüksək qiymətləndirilməsinin göstəricisidir. Qeyd edim ki, son illər UNEC-də təhsilin səviyyəsinin yüksəldilməsi, yeni təhsil standartlarının hazırlanması, bu sahədə beynəlxalq standartların tətbiqi, rəqabətədavamlı təhsil sisteminin qurulması istiqamətində ciddi işlər görülüb. Həqiqətən UNEC son illər böyük uğurlara nail olub.UNEC-in inkişafı ümumilikdə Azərbaycan təhsilinin inkişafına ciddi təsirini göstərir və öz töhfəsini verir".

"Dərbənd filialı Azərbaycan təhsilinin xaricdə uğurla təmsil olunmasının

ən parlaq nümunələrindən biridir"

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, xaricdə yaşayan soydaşlarımızın övladlarının keyfiyyətli ali təhsil alması ilə yanaşı, ana dilini, milli-mənəvi dəyərlərini və tarixi köklərini unutmamaları dövlət siyasətinin vacib istiqamətlərindən biridir. UNEC-in Dərbənd filialı da məhz bu missiyanı uğurla yerinə yetirən təhsil ocaqlarından biridir: "Dərbənd filialının əsas üstünlüklərindən biri ondan ibarətdir ki, burada təhsil alan gənclər yaşadıqları regionu tərk etmədən Azərbaycan ali təhsil sisteminin imkanlarından yararlana bilirlər. Bu, həm ailələrin maddi yükünü azaldır, həm də gənclərin milli-mədəni mühitdən uzaqlaşmasının qarşısını alır. Eyni zamanda onlar müasir əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlar əldə edirlər".

Ekspert hesab edir ki, filialın fəaliyyəti Azərbaycanın təhsil diplomatiyasının uğurlu nümunələrindən biridir. Burada yetişən məzunlar sonradan müxtəlif sahələrdə çalışaraq həm yaşadıqları ölkələrdə, həm də Azərbaycanla əlaqələrin inkişafında mühüm rol oynayırlar. Bu isə humanitar əməkdaşlığın güclənməsinə və ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir:

"Dərbənd filialı Azərbaycan təhsilinin xaricdə uğurla təmsil olunmasının ən parlaq nümunələrindən biridir. Filialın məzunları arasında dövlət qurumlarında, biznes sektorunda, elm və təhsil sahəsində uğur qazanan şəxslərin çoxluğu burada verilən təhsilin keyfiyyətini və əhəmiyyətini göstərir".

İlqar Orucov əlavə edib ki, UNEC son illərdə xeyli yenilənib: "UNEC-in timsalında biz Azərbaycan universiteti modelini görürük. Hər zaman fəxrlə deyirik ki, UNEC yeni və ən müasir təhsil müəssisəsidir. Bura həm universitet, həm də elmi tədqiqat mərkəzidir. Dünyada aparılan yenilikçi işləri bu ali təhsil müəssisəsinin timsalında görə bilərik".

UNEC-in Dərbənd filialında ali təhsil almaq arzusunda olan gənclərə geniş imkanlar yaradılıb

Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan cəmiyyəti üçün də, yəni "Narxoz"dan bir UNEC-ə çevrilən bir brend oldu. UNEC-in Dərbənd filialı da uğurlu bir inkişaf yolu keçib. Filialda azərbaycanlıların sıx yaşadığı Dərbənddə ali təhsil almaq arzununda olan gənclərə geniş imkanlar yaradılıb: "Mən düşünürəm ki, İqtisad Universitetinin həm burada, həm də ki, orada ictimaiyyət arasında kifayət qədər nüfuzu, çəkisi var. UNEC tədrisin keyfiyyətinə görə də fərqlənir. UNEC-in yaxşı tərəflərindən biri də odur ki, yəni bu illər ərzində özünün proqramını yenilədi və yeni bir universitet quruldu. Dərbənd filialının özündə o şəffaflığın təmin olunması, tədrisin yüksək səviyyədə təşkilinin özü də göstərdi ki, artıq digər Azərbaycan universitetlərinin regionlarda olan filiallarının da işini əlaqələndirmək olar. Yəni bu, UNEC-in təcrübəsində özünü aydın şəkildə göstərdi".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri