Icma.az
close
up
RU
UNEC Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrini inkişaf etdirir

UNEC Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrini inkişaf etdirir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qırğızıstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq akademik və elmi əlaqələrin genişləndirilməsi istiqamətində inkişaf edir.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Qeyd olunub ki, ötən il UNEC nümayəndə heyətinin Bişkek Dövlət Universitetində keçirdiyi görüşlər zamanı tələbə və müəllim mübadiləsi, birgə elmi və akademik layihələrin həyata keçirilməsi, ortaq konfransların təşkili və müştərək elmi məqalələrin hazırlanması məsələləri müzakirə olunub.

Əməkdaşlığın əsas istiqamətlərindən biri də elmi tədqiqat və nəşr fəaliyyətidir. Bu çərçivədə Qırğızıstan alimlərinin UNEC-in “Scopus” beynəlxalq elmi məlumat bazasında indekslənən jurnallarında məqalələrinin dərc olunması imkanları nəzərdən keçirilib. Həmin il UNEC ilə İ.Razzakov adına Qırğız Dövlət Texniki Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması da səfərin mühüm nəticələrindən biri olub. Memorandum akademik mübadilə, birgə elmi tədqiqatların aparılması və elmi məqalələrin hazırlanması, elmi nəşrlər sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətləri əhatə edir. Sənəd iki universitet arasında elmi və akademik əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması üçün imkanlar yaradır.

UNEC nümayəndə heyəti səfər çərçivəsində Bişkek Dövlət Universitetinin mühəndislik laboratoriyasının və tələbələrlə iş mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri