Icma.az
close
up
RU
UNEC və Çin universitetləri arasında razılaşmalar əldə olunub FOTOLAR

UNEC və Çin universitetləri arasında razılaşmalar əldə olunub FOTOLAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində, Pekin şəhərində bir sıra nüfuzlu universitet və elmi-tədqiqat institutlarında görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıqla bağlı mühüm razılaşmalar əldə olunub və sənədlər imzalanıb.

Modern.az xəbər verir ki, Pekinə səfər çərçivəsində UNEC nümayəndə heyəti ilk olaraq İnkişaf Maliyyəsinin Təşviqi üzrə Çin Assosiasiyasında (CAPDF) olub. Vitse-prezident və Baş Katib xanım Guo Mingshenin rəhbərliyi ilə keçirilən görüşdə rektor Ədalət Muradov UNEC-də “İnkişaf İqtisadiyyatı”nın fəaliyyət göstərdiyini, eləcə də UNEC-in ACCA, CFA-dən və maliyyə ixtisasının FİBAA akkreditasiyasından keçdiyini bildirib. O, UNEC və CAPDF arasında birgə tədqiqat mərkəzinin və İnkişaf Maliyyəsi Laboratoriyasının yaradılması təşəbbüsünü irəli sürüb. Görüşdə CAPDF prezidenti, Çin İnkişaf Bankının sabiq rəhbəri Chen Yuan-ın müəllifi olduğu “Dövlət və Bazarın Uzlaşdırılması: Çin Yanaşması” kitabının Azərbaycan dilinə tərcüməsinə dair razılıq əldə olunub. Xanım Guo Mingshe UNEC-in CAPDF ilə əməkdaşlıq edən ilk xarici universitet olduğunu xüsusi vurğulayıb.

UNEC nümayəndə heyəti daha sonra Çinin iqtisadiyyat və maliyyə sahəsində aparıcı ali təhsil müəssisəsi olan Mərkəzi Maliyyə və İqtisadiyyat Universitetində (CUFE) universitetin prezidenti Ma Haitao ilə görüşüb. Tərəflər arasında ikili diplom proqramları, ortaq EMBA və rəqəmsal iqtisadiyyat proqramı, rəqəmsal və yaşıl iqtisadiyyat sahəsində tədqiqatlar, “Bir Kəmər, Bir Yol” təşəbbüsü üzrə Think Tank və beynəlxalq kitab tərcümələri ilə bağlı razılıq əldə olunub. Görüş çərçivəsində UNEC və CUFE arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Səfərin növbəti günündə UNEC nümayəndə heyəti Azərbaycan dili ilə yanaşı, 101 xarici dilin tədris olunduğu Çin Xarici Dillər Universitetində olub. Universitetin prezidenti Jia Wenjian ilə görüşdə ingilis dili tədrisinin metodologiyasının paylaşılması, iqtisadçı müəllimlərə ingilis dilinin bu universitetin tətbiq etdiyi metodologiya əsasında öyrədilməsi, MBA üzrə ikili diplom proqramı, müəllim-tələbə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.  UNEC nümayəndələri həmin universitetdə Azərbaycan dilini öyrənən çinli tələbələrlə də görüşüblər.

UNEC rektoru professor Ədalət Muradov həmçinin Çin Renmin Universitetinin tanınmış alimi professor Wang Yiwei ilə görüşüb. Görüşdə UNEC-də professor Yiveinin elmi redaktorluğu ilə “Bir Kəmər, Bir Yol” adlı beynəlxalq elmi jurnalın təsis edilməsinə dair razılıq əldə olunub.

Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində (UIBE) prezident cənab Zhao Zhongxiu ilə keçirilən görüşdə UNEC-də birgə “Ticarət və İqtisadiyyat” İnstitutunun, “Rəqəmsal İqtisadiyyat” laboratoriyasının, Azərbaycan-Çin İqtisadi Əlaqələrinin Tədqiqi Mərkəzinin yaradılmasına, eləcə də tələbə-müəllim mübadiləsina dair razılıq əldə olunub. Həmçinin UİBE-də fəaliyyət göstərən "ÜTT İnstitutu" nümunəsində UNEC-də həmin institutunun yaradılmasına qərar verilib.

Səfər çərçivəsində sonuncu görüşü isə THE reytinqində Çində lider olan Tsinghua Universitetində olub. Universitetin Vitse-prezidenti professor Yang Bin ilə görüşdə UNEC-də MBA üzrə ikili diplom proqramı, ortaq EMBA, qısamüddətli modul proqramları, biznes, mühəndislik, strateji innovasiyalar üzrə forumların təşkili, birgə tədqiqat mərkəzlərinin yaradılmasına dair razılığa gəlinib. 

Səfər zamanı UNEC nümayəndə heyəti Tsinghua Universiteti nəzdində fəaliyyət göstərən dünyada məşhur Schwarzman kolleci ilə də tanış olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri