UNECin voleybolçusu: “Güclülərə qarşı oynamaq təcrübəmizi daha da artırır” İdman və Biz
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Bu il ilk dəfədir ki, Yüksək Liqada çıxış edirəm. Çempionat çox maraqlı keçir”.
İdman.biz xəbər verir ki, bunu UNEC-in voleybolçusu Xədicə Hadızadə deyib.
Komandasının blokçusu Azərbaycan Yüksək Liqasında “Milli Aviasiya Akademiyası”na 0:3 hesabı ilə uduzduqları oyunu dəyərləndirib. O bildirib ki, rəqibləri güclüdür: “Buna baxmayaraq, hər oyunda əlimizdən gələni edirik. Komandaların heyətlərinə baxsaq görərik ki, UNEC çempionatın daha çox gənc oyunçuların olduğu komandadır. Təcrübəli oyunçulara, güclü komandalara qarşı oynamaq təcrübəmizi daha da artırır”.
Qeyd edək ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan UNEC V turda “Milli Aviasiya Akademiyası”na 0:3 hesabı ilə uduzub.
İdman.biz

Sabah ın qəribəliyi güclülərə uduzmayan, autsayderləri uda bilməyən...
16 Mart 2025 12:58
Elçin Məsiyev: “Bu məsuliyyətimi daha da artırır” İdman və Biz
23 Dekabr 2024 11:20
Millimizin voleybolçusu avrokubok oyununda fərqlənib İdman və Biz
05 Dekabr 2024 12:48
Millimizin voleybolçusu Yeniseyin qələbəsində pay sahibi olub İdman və Biz
28 Dekabr 2024 13:05
Azərbaycan millisinin voleybolçusu dünya ulduzları ilə qarşılaşacaq İdman və Biz
27 Dekabr 2024 19:50

