UNESCO da tədbirdə Azərbaycan dili, əlifbasına aid kitablar, açıqcalar, suvenirlər nümayiş olunub FOTOLAR
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan UNESCO-nun mənzil-qərargahında keçirilən Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirdə təmsil olunub.
Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, paytaxt Parisdə Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Təhsil Sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbir-sərgidə Azərbaycan dili haqqında ətraflı məlumat verilib.
Sərgidə Azərbaycan dili və əlifbasına həsr olunmuş kitablar, açıqcalar, milli suvenirlər nümayiş olunub. Tədbir iştitakçıları Azərbaycan tarixi, mədəniyyəti, dili haqqında ətraflı məlumatlandırılıblar.
Sərgidə Azərbaycanla yanaşı, Paraqvay, Hindistan, Ukrayna, Lüksemburq, Rusiya, Peru, Çili, Nikaraqua, Cənubi Koreya və Salvador iştirak edib.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan milli rəqsi “Naz eləmə” yer alıb.
Sərgi 25 fevraladək davam edəcək.
Xatırladaq ki, hər il fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Beynəlxalq Ana Dilinin keçirilməsi təşəbbüsü ilk dəfə 1999-cu ildə UNESCO Baş Konfransı zamanı Banqladeş tərəfindən irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 22 Fevral 2025 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















