Icma.az
close
up
RU
Azərbaycan Ümumdünya Meteorologiya Təşkilatı Konqresinin Fövqəladə Sessiyasında təmsil olunub

Azərbaycan Ümumdünya Meteorologiya Təşkilatı Konqresinin Fövqəladə Sessiyasında təmsil olunub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 20 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mutəxəssisləri Ümumdünya Meteorologiya Təşkilatının “İqlim üçün Elm” fəaliyyətinin 75 illiyinə həsr olunmuş konqresin fövqəladə sessiyasında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konqres çərçivəsində 2022-ci ildə BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən irəli sürülən “Hər kəs üçün erkən xəbərdarlıq” (EarlyWarnings4ALL) təşəbbüsünə həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib.

Tədbirdə Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi, professor Selesta Saulo, İsveçrə Federal Şurasının üzvü Elizabet Baume-Şnayder və Mozambikin Prezidenti açılış nitqi ilə çıxış ediblər.

Yüksək səviyyəli tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ötən il ölkədə keçirilən COP29-un uğurlu nəticələri, o cümlədən qəbul edilən Bakı Adaptasiya Yol Xəritəsinin və COP29-da razılaşdırılmış yeni maliyyə hədəfi barədə ətraflı məlumat verib, bunun həssas ölkələrdə effektiv adaptasiya tədbiri olan erkən xəbərdarlıq sistemlərinin yaradılması üçün onların zəruri ehtiyaclarının ödənilməsində mühüm rol oynayacağını qeyd edib.

U.Tağıyeva, həmçinin Xəzər dənizinin dayazlaşması kimi ekoloji böhrana hələ də ehtiyac duyulduğu qədər və ya layiq olduğu qlobal diqqətin ayrılmadığını iştirakçıların diqqətinə çatdırıb.

Eyni zamanda, ölkəmizdə dövlət investisiyaları çərçivəsində son 5 ildə erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi, modernizasiya tədbirləri sayəsində avtomatlaşdırılmış müşahidə sistemlərinin 73 faizə çartırılması barədə məlumatlar verib, 2027-ci ilədək olan hədəflərdən, həmçinin erkən xəbərdarlıq sahəsində Ümumdünya Meteorologiya Təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı və Yaşıl İqlim Fondu ilə əməkdaşlıqdan bəhs edib.

2026-cı ildə Dünya Ətraf Mühit Gününə və Ümumdünya Şəhərsalma Forumuna Azərbaycanın ev sahibliyi edəcəyi qeyd olunub, ölkəmizin beynəlxalq ictimaiyyətlə bu sahədə əməkdaşlığa hazır olduğu bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri