UNFCCC in Katibliyinin üzvü: COP29 un sədrliyi COP30 un Gündəliyinin qəbul olunmasında körpü rolu oynadı
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bonn, 18 iyun, AZƏRTAC
Gündəliyin qəbul edilməsi mərhələsinin belə çox vaxt aparması təbii ki, çətinlik yaradırdı. Bəzi ölkələr əlavə maddələr irəli sürür və tərəflər bu məsələlərlə bağlı fikir ayrılığı yaşadıqları zaman razılığa gəlməkdə tərəddüd edirlər. Bu səbəbdən bir çox diplomatik danışıq konkret izah, diplomatik təcrübə və səbr tələb edir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) katibliyinim üzvü Karin Simonson deyib.
“Sessiyanın ilk günündə vaxt məhdudiyyətlərinə görə tərəflər arasında razılığın əldə olunması mümkün olmadı. Bu gün, gecikməyə baxmayaraq, bütün tərəflərin razı olduğu birgə yol xəritəsinin formalaşdırılması çoxtərəfli prosesin gücünü göstərdi. Konsensus yaratmaq vaxt aparır, amma bu proses həm güclü, həm də zəif tərəfləri ilə çoxtərəfliliyin əsasını təşkil edir. COP29-un sədrliyi Bonnda İyun İqlim Görüşlərində aparılan danışıqlarda körpü rolu oynadı və Azərbaycan nümayəndə heyətinin bu prosesi dəstəkləməsi konsensusun əldə olunmasına töhfə verdi”, - deyə UNFCCC-nin nümayəndəsi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 18 İyun 2025 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















