Icma.az
close
up
RU
UNICEF Əfqanıstanda qızların təhsilinə qoyulan qadağanı dərhal aradan qaldırmağa çağırır

UNICEF Əfqanıstanda qızların təhsilinə qoyulan qadağanı dərhal aradan qaldırmağa çağırır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Əfqanıstanın müvəqqəti hökumətini ölkədə qızların təhsilinə qoyulan qadağanı dərhal aradan qaldırmağa çağırıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Əfqanıstanda yeni tədris ili başlayarkən UNICEF-in icraçı direktoru Ketrin Rassel ölkədə qızların 6-cı sinifdən sonra təhsil almasına mane olan qadağa ilə bağlı açıqlamalar verib.

Rassel Əfqanıstanda qızların təhsil hüquqlarının üç ildən artıqdır pozulduğunu bildirib: “Bütün qızların dərhal məktəbə qayıtmasına icazə verilməlidir. Bu istedadlı və aydın zəkalı qızlar təhsildən məhrum olmaqda davam edərsə, bunun fəsadları nəsillər boyu davam edəcək”, - deyə o qeyd edib.

Əfqan qızlarının təhsil qadağasının 2030-cu ilə qədər davam edəcəyi təqdirdə 4 milyondan çox qızın təsirlənəcəyini vurğulayan Russell, bunun nəticələrinin “fəlakətli” olacağını qeyd edib.

Qadın həkim və mama sayının azalmasının ölkədə qadınları əhəmiyyətli tibbi xidmətlərdən məhrum edəcəyini ifadə edən Russell, bu vəziyyətin mövcud ölüm sayına əlavə olaraq 3500-dən çox körpə və 1600 ananın ölümünə səbəb ola biləcəyini qeyd edib.

Russel: “Bu rəqəmlər sadəcə rəqəmlər deyil, onlar itirilmiş həyatları və parçalanmış ailələri təmsil edir”, - deyib.

2021-ci il avqustun 15-də Əfqanıstanda Taliban hakimiyyətə gələndən sonra ölkədə qadınların məşğulluğuna və qızların təhsilinə ciddi məhdudiyyətlər qoyulub.

Qızların ilk olaraq orta və ali məktəblərdə, 2022-ci ilin dekabrında isə ali məktəblərdə təhsil almasına mane yaradılıb. Əfqan qadınlarının yerli və xarici QHT-lərdə işləməsi də dayandırılıb.

Ölkədə qadın bərbərlərini və gözəllik salonlarını da qadağan edən Taliban bundan əvvəl qadınların ictimai parklara, əyləncə məkanlarına və idman zallarına girməsini, serial və filmlərdə iştirakını qadağan edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Mart 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri